Azərbaycanın kosmik fəaliyyətinin prinsipləri məlum olur
Azərbaycanın kosmik fəaliyyətinin prinsipləri müəyyənləşir. "Report"un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçiriləcək: - kosmik fəzadan sülh naminə istifadə edilməsi; - milli maraqların qorunması; - kosmik resurslardan səmərəli istifadə olunması; - milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi; - kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması. Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: