İlham Əliyev: "İsrailin dövlət başçısının Azərbaycana səfəri tarixi səfərdir"
"Biz səfərdən (İsrail Prezidentinin səfəri – red.) sonra müsbət dinamikanın şahidi olacağıq". "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqla geniş tərkibdə görüşdə bildirib. Dövlət başçısı deyib: “Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik”.
Oxunub: 77
Xəbəri paylaş
Paylaş: