25 may 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov İslam Telman oğlu, Hüseyinzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Sirac oğlu tərəfindən, iddiaçı İmamquliyeva Pərvanə Mirzə qızının cavabdeh Ələsgərova Mehriban Əziz qızına qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli (İş № 2(043)-76/2022) qətnaməsindən, iddiaçı İmamquliyeva Pərvanə Mirzə qızı və cavabdeh Ələsgərova Mehriban Əziz qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır və apellyasiya şikayətinin qismən təmin edilməsi ilə bağlı (İş №2(104)-1221/2022) qətnamə çıxarılır. Yəni, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının çıxarmış olduğu qətnamədə “Pərvanə İmamquliyevanın qohumları Almaniyada anti-Azərbaycan təbliğatı ilə məşğul olur, onlar Azərbaycana qarşı təşkil olunan piketlərin ən fəal iştirakçılarıdır” ifadəsinin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilərək, işgüzar nüfuzuna vurduğu zərərə görə “Globall.az” online qəzetdə dərc edilməklə təkzib edilməsi hissəsinin rədd olunması və “Bu gün hərəkətlərinə nəzarət edə bilməyən, istənilən olaya instinktiv reaksiya verən, pedaqoqluq bir yana, əxlaqi-mənəvi dəyərlərə adekvat addım ata bilməyən xanım” məlumatlarının həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi hissəsinin təmin olunması, həmçinin həmin məlumatlar həqiqətə uyğun olmayan olduğundan iddiaçı İmamquliyeva Pərvanə Mirzə qızının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və qeyd olunan məlumatlarla bağlı cavabdeh Ələsgərova Mehriban Əziz qızı tərəfindən “Globall.az” online qəzetdə dərc edilməklə təkzib verilməsi və qətnamənin digər hissələrinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul olunur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2022-ci il tarixdə çıxarmış olduğu qətnamənin varlığını əsas tutaraq, İmamquliyeva Pərvanə Mirzə qızından və çoxsaylı oxucularımızdan üzrxahlıq edib, nəzərə almalarını xahiş edirik.