Azərbaycan BƏƏ ilə enerji sahəsində yeni investisiya imkanlarını müzakirə edib
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə "Masdar" və ADNOC vasitəsilə enerji tərəfdaşlığının möhkəmləndirilməsi, yeni investisiya imkanlarına dair səmərəli müzakirələr aparıb. “Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirilib. Nazirin sözlərinə görə, müzakirələr onun BƏƏ-nin “Mubadala Energy” şirkətinin İdarə Heyətinin sədri Musabbeh Al Kaabi ilə Enerji Həftəsi çərçivəsində keçirdiyi görüşdə baş tutub.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş: