Kamerunda vəba epidemiyasından ölənlərin sayı 426 nəfərə çatıb
Kamerunda vəba epidemiyasından ölənlərin sayı 426 nəfərə çatıb. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, ölkədə 2021-ci ilin oktyabrında elan edilən vəba epidemiyasından insan tələfatı artır. Mart ayından bu günədək vəba xəstəliyinə yoluxanların sayının artdığı ölkədə son iki həftədə daha 26 nəfər həyatını itirib. Bununla vəbadan ölənlərin ümumi sayı 426 nəfərə çatıb. Kamerunun Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda təsdiqlənmiş yoluxma halların sayı 1 868-ə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı hesabatında 2023-cü ilin əvvəlindən Afrikanın 14 ölkəsində vəba xəstəliyinin aşkar edildiyini bildirib
Oxunub: 51
Xəbəri paylaş
Paylaş: