"Onlar suallarımıza cavab verməlidirlər..." -
“Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır”
“Dövlət büdcəsi yalnız Maliyyə Nazirliyinin büdcəsi deyil”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, büdcənin icrasına daha dəqiq yanaşılmalıdır: “Müzakirələrə digər nazirliklərin, qurumların da nümayəndələri dəvət olunmalıdır. Onlar da Maliyyə Nazirliyi kimi bizim suallarımıza cavab verməlidir”.
Millət vəkili həmçinin qeyd edib ki, bank sektorunda problemlər hələ də qalmaqdadır: “Bu yaxınlarda 4 bank bağlandı. Onlardakı depozit 800 milyon manatdan çoxdur. İndi sual yaranır ki, həmin əmənatləri qaytarmaq üçün banklarda vəsait varmı?”
Deputat Əli Məsimli isə deyib ki, Azərbaycanda maliyyə və kapital amnistiyası ilə bağlı məsələnin sürətləndirilməsi vacibdir.
Onun sözlərinə görə, dünya yeni bir böhrana doğru gedir: "Ölkə başçısının rəhbərliyi ilə bu gün korrupsiyaya qarşı ciddi mübarizə aparılır".
“Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır”, - Ə.Məsimli əlavə edib.