Polşa bu ay ABŞ-dan 14 ədəd “Abrams” tankı alacaq
Amerika Birləşmiş Ştatları bu ayın sonunda Polşaya 14 ədəd “Abrams” tankı təhvil verəcək.
“Report” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak tviter səhifəsində yazıb.
““Abrams” tanklarının ilk partiyasının daşınmasına başlanılır. Tezliklə “14 M1A1 Abrams” tankı və üç ədəd “M88A2 Hercules” bərpa-evakuasiya avtomobili Polşaya göndəriləcək. Onlar bu ayın sonunda ölkəmizdə olacaq”, - müdafiə naziri yazıb.
Oxunub: 83
Xəbəri paylaş
Paylaş: