Bu ildən Azərbaycan məktəblərində yeni məktəbli formalarına keçiləcək
“Yeni tədris ilindən bütün ölkə üzrə məktəblərdə yeni formalar tətbiq olunacaq”. Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. Onun sözlərinə görə, bütün şagirdlər eyni forma geyinməlidirlər: “Formanı pedaqoji şura seçir. Əgər bir məktəb forma istəməsə, biz o şuranın qərarına hörmətlə yanaşırıq”. O qeyd edib ki, məktəblərdə forma qaydalara uyğun seçilməlidir: “Dörd təsvir var və hər məktəb onlardan birini seçir”.
Oxunub: 37
Xəbəri paylaş
Paylaş: