Azərbaycanlılar Donbasda mühasirəyə düşüblər
- VİDEO
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, son iki gündə Rusiya Ordusunun Xarkov, Xerson və Donetsk vilayətinə ardıcıl hücumları müşahidə olunur. Qeyd edilib ki, Donetsk vilayətinin Toretsk şəhərində vəziyyət gərgindir: “Son üç gündür, Rusiya Ordusu şəhərə raket zərbələri endirir. İnsanların giriş-çıxışı da ağır döyüşlər səbəbindən çətinləşib”. O da bildirilib ki, şəhərdə yaşayan mühasirədə qalanlar arasında azərbaycanlılar da var. “Toretskdə yaşayan azərbaycanlıların əksəriyyəti gərginlik artana qədər oradan çıxsa da, bir qismi müxtəlif səbəblərdən şəhəri tərk edə bilməyib”, - deyə jurnalist qeyd edib. Ətraflı videonu təqdim edirik:
Oxunub: 40
Xəbəri paylaş
Paylaş: