Qoşqar Təhməzli Azərbaycanda süni düyülərin satılması ilə bağlı iddialara münasibət bildirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəmirdən düyü hazırlanması halına rast gəlməyib.
"Report" xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, agentlik tərəfindən aparılan monitorinqlərdə bu hala rast gəlinməyib:
"Hər bir məhsul kimi düyünün də genetik daşıyıcısı var. O plastik və xəmirdən olarsa, DNK-si ola bilməz. Düyü ilə bağlı bu cür məlumatlar yalandır. Düyü xalisdir".
Oxunub: 120
Xəbəri paylaş
Paylaş:





















"Son bir həftədə 13 nəfər zəhərlənib, dördü ölüb, biri isə kor olub"