Somalidə partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb, onlarla insan yaralanıb
Somalinin cənubunda mərmi partlayışı nəticəsində azı 27 nəfər ölüb, daha 53 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Somalinin Milli Xəbər Agentliyi məlumat yayıb.
Ölənlər arasında 10-15 yaş arası azı 25 uşaq və yeniyetmənin olduğu qeyd edilir.
Hadisə Koryoley şəhəri yaxınlığında qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: