Sumqayıt-Bakı qatarında problem yarandı
Sumqayıt-Pirşağı-Bakı elektrik qatarında problem yaranıb. Oxu.Az xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından 07:50-də çıxan elektrik qatarı gecikib. Maşinistin sərnişinlərə elan etdiyinə görə, gecikməyə səbəb texniki nasazlıq olub. Qeyd edək ki, Sumqayıt-Pirşağı-Bakı istiqamətində 07:50-də hərəkətə başlayan elektrik qatarı qrafik üzrə Bakı Dəmir Yolu Vağzalına 08:40 vaxtında çatmalı idi.
Oxunub: 60
Xəbəri paylaş
Paylaş: