Azərbaycanlı səfirin Nyu-Yorkda 3-cü evi ortaya çıxdı -
FOTO
Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın və həyat yoldaşının Nyu-Yorkda daha bir əmlakı üzə çıxdı.
Globall.az-ın məlumatına görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşım edib. Onun sözlərinə görə, xanım diplomatın əmlakı Nyu-Yorkun Bergen səmtində - 1111 RIVER ROAD Block 33, Edgewater Boro ünvanındadır. Bu mənzil 2016-cı ildə 152 min dollara diplomatın həyat Aydın Hüseynovun adına alınıb.
"BMT-nin Baş Qərargahı yaxınlığında yerləşən və haqqında söz açdığım digər mənzil də 2016-cı ildə 165 min dollara alınmışdı.
Üçüncü mənzil isə (ünvan: 500 Central Ave Apt 213 Union City) 2015-ci ilin oktyabrında 159,999 dollara alınıb. Bu mənzil də xanım diplomatın və həyat yoldaşının adınadır. Ümumilikdə səfir və həyat yoldaşı 2015-ci ilin oktyabrından 2016-cı ilin mart ayına qədər, 6 ay ərzində 3 mənzilə 477 min dollar ödəyiblər".
Jurnalistin sözlərinə görə, Xanım İbrahimovanın həyat yoldaşı Aydın Hüseynov Nyu-Yorkda 165 min dollara aldıqları mənzillə bağlı yayılıan məlumat barədə danışıb. O, qeyd edib ki, xanımının və özünün adına aldıqları mənzil şəxsi məsələdir: "Doğru məlumata sahib olduğunuzu hesab etmirəm. Bəli, bu şəxsi məsələdir. Uzun illərdir "Wall Street"də işləyirəm və həqiqətən Nyu-Yorkda və digər ünvanlarda mənim və həyat yoldaşımın əmlak satın almışam".
A.Hüseynov özü ilə bağlı məlumatlarda daha öncə "The Benchmark Company", LLC biotexnoloji şirkətində icraçı direktor, bundan əvvəl isə "Oppenheimer & Co. Inc." şirkətində maliyyəçi analitik kimi çalışdığı qeyd olunub.
Xatırladaq ki, mətbuatda yayaılan məlumatlarda qeyd edilir ki, 3 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin ölkənin rəhbərliyinə hədiyyə kimi göndərilən çox bahalı bir xalçanı satıb. Onun yerinə isə saxta xalça alıb hədiyyə edib.
"İddialara görə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də bu olub. Hərçənd bu səbəb kimi inandırıcı görünmür, çünki bu məsələyə görə xanım diplomat hələ ki cəzalandırılmayıb və işindədir.
Amma söhbət 500 min avro dəyərində xalçadan gedir".