Yunanıstan sahillərində 30-dan çox miqrant həlak olub

Yunanıstanın cənub sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində azı 32 nəfər ölüb.
Ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Səlahiyyətlilər Yunanıstanın cənubundakı Peloponnes bölgəsindən təxminən 75 kilometr cənub-qərbdə 104 nəfərin xilas edildiyini bildiriblər.
İtaliyaya gedən gəminin Liviyanın şərqindəki Tobruk bölgəsindən çıxdığı güman edilir.
Oxunub: 85
Xəbəri paylaş
Paylaş:




















