Mikayıl Cabbarov: “Heydər Əliyev hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin təməl prinsiplərini yaratdı”
“Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimizin təməl prinsiplərini yaratdı”.
Pravda.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
“1993-cü ilin məhz bu günü Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimizin təməl prinsiplərini yaratdı. Xalqımızın azadlıq ideyalarının gerçəkləşdirilməsi ilə səciyyələnən 15 İyun – Mill Qurtuluş Günü münasibətilə xoş arzularımızı çatdırır, firavanlıq və daimi rifah arzulayırıq. Yaşasın qüdrətli Azərbaycan!”, - iqtisadiyyat naziri qeyd edib.
Oxunub: 92
Xəbəri paylaş
Paylaş: