Gənc azərbaycanlının rəsm əsərləri ABŞ-də səs-küy yaratdı
- FOTO
Vaşinqtonda yaşayan gənc həmyerlimiz Can Mollazadə ABŞ-nin ən nüfuzlu təhsil ocaqlarından biri hesab olunan Dyuk Ellinqton adına İncəsənət Məktəbini uğurla başa vurub. Sözügedən təhsil ocağının məzunlarının iştirak etdiyi sərgidə 17 yaşlı azərbaycanlının rəsmləri böyük maraq doğurub və yüksək qiymətləndirilib. C.Mollazadə öz əsərlərində milli mədəniyyət elementlərini, xüsusən də Azərbaycan xalçalarını əks etdirməyə çalışır. Media.Az-la söhbətində gənc rəssam təhsilini ABŞ-nin aparıcı universitetlərindən birində davam etdirmək niyyətində olduğunu bildirib. C.Mollazadə onu da vurğulayıb ki, o, tarixi vətənini hər zaman xatırlayır və onun əsərlərində Azərbaycan motivləri mütləq öz əksini tapacaq. Yeri gəlmişkən qeyd edək ki, C.Mollazadə Dyuk Ellinqton adına İncəsənət Məktəbini bitirən ilk həmyerlimizdir.