“MilliÖN” artıq m10-da!
“Xalq brendi” kimi tanıdığınız “MilliÖN” ödəmə terminallarının ödənişləri artıq m10 tətbiqinə gətirildi. İndi artıq heç yerə getmədən telefonunuzda bütün ödənişləri m10 ilə etmək mümkündür. Üstəlik m10 nağd ödəməkdən daha sərfəlidir.
“PashaPay” şirkətinin nağdsız əməliyyatlar üçün ilk irimiqyaslı elektron pulqabısı m10 ilə hər ödənişinizdə əlavə keşbeklər qazanacaqsınız! (bank və kredit ödənişləri istisna olmaqla) Mobil və stasionar telefonlar, kommunal xidmətlər, internet və kabel televiziyası, kredit üzrə borcları və yüzlərlə digər ödənişləri m10 ilə etmək rahat və təhlükəsizdir.
m10 tətbiqindən tək nömrənizlə qeydiyyatdan keçib, balansınızı “MilliÖN” terminalı və ya bank kartınız vasitəsilə artıra bilərsiniz. Ölkədaxili sürətli köçürmələri komissiyasız həyata keçirmək, eləcə də balansdakı pulu istənilən “Kapital Bank” bankomatlarından komissiyasız nağdlaşdırmaq olar.