Azərbaycanda 157 milyon 555 min manatlıq narkotik vasitələr dövriyyədən çıxarılıb
Bu il Azərbaycanda 157 milyon 555 min manatlıq narkotik vasitələr dövriyyədən çıxarılıb.
Bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-may aylarının yekununa dair məlumatda əksini tapıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-may ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 157 milyon 555 min manat kimi qiymətləndirilir.
Oxunub: 109
Xəbəri paylaş
Paylaş: