Şimali Koreya nüvə arsenalını genişləndirir
KXDR öz nüvə potensialını artırmaq üçün səylərini davam etdirmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Ölkə lideri Kim Çen Inın iştirakı ilə keçirilən Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin səkkizinci genişləndirilmiş plenar iclasında Siyasi Büro təsdiq edib ki, müxtəlif silah sistemlərinin, o cümlədən nüvə silahı və raketlərin inkişafı sahəsində əldə edilən bütün uğurlar nüvə müharibəsinin qarşısının alınmasının istiqamətində atılan böyük addımdır.
İclasda, həmçinin nüvə qüvvələrinin yaradılması istiqamətləri də açıqlanıb.
Bundan əlavə, qeyd olunub ki, KXDR nüvə silahına nüvə silahı ilə cavab vermək niyyətindədir.
Oxunub: 78
Xəbəri paylaş
Paylaş: