Şahin Bağırovdan rəis vəzifəsinə TƏYİNAT
Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.
“Unikal” xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifənin müvəqqəti icrası Elçin İdris oğlu Şabanova həvalə edilib.
Qeyd edək ki, bu təyinatadək sözügedən vəzifədə Rəşad Babayev çalışıb.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş: