Roma-katolik kilsəsinin ruhani ordeni 175 uşağı zorladı
Zorlanan uşaqların əksəriyyəti 11-16 yaş arası oğlanlardı, onlar ordenin seminariyalarında təhsil alıblar.
Ordenin başçısı Marsial Masiel başda olmaqla 33 keşişin günahı təsdiq edilib. Buna baxmayaraq onların bir çoxu azadlıqdadır.
Ruhani orden 1941-ci ildə Meksikada yaradılıb. Dünyanın 21 ölkəsində onun nümayəndəlikləri fəaliyyət göstərir.
2006-cı ildə Roma papası XVI Benedikt ordenin rəhbəri Marsial Masieli vəzifəsindən azad edib və qalan ömrünü günahlarını yumaq üçün dua etməklə keçirməyi tövsiyə edib. 2008-ci ildə Masiel dünyasını dəyişib.
Globall.az