Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“PUTİN BU VAXTA QƏDƏR HAKİMİYYƏTDƏ QALMAQ İSTƏYİR...”- “Estafeti oğlu İvana vermək fikrindədir”/"Daily Star"
SADƏ VƏTƏNDAŞDAN YÜZ DƏFƏ VARLI - İcra başçıları BU QƏDƏR MAAŞ ALIR, AMMA... /RƏQƏMLƏR
MÜAVİNLƏRİ TUTULAN İCRA BAŞÇISI KİMDİR? - 20 ildən çoxdur ki... /DOSYE
Press-fakt.az
    
  • BU ŞƏXSLƏR üçün məcburi sosial sığorta haqqı ARTIRILIR
    BU ŞƏXSLƏR üçün məcburi sosial sığorta haqqı ARTIRILIR
  • 
  • Tayvan ABŞ-dan yeni HIMARS sistemləri alacaq -
    Tayvan ABŞ-dan yeni HIMARS sistemləri alacaq - Çatdırılma müddəti 1 il tezləşdirilir
  • 
  • Müavinin həbsindən sonra icra başçısı bu
    Müavinin həbsindən sonra icra başçısı bu NAZİRDƏN KÖMƏK İSTƏYİB
  • 
  • Bakıda bu məktəbdə müəllimlər dərsə girmədilər - 
    Bakıda bu məktəbdə müəllimlər dərsə girmədilər -  Kütləvi narazılıq
  • 
  • AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib -
    AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib -  İlham Əliyev tədbirdə çıxış edib / Tam mətn
  • 
  • “PUTİN BU VAXTA QƏDƏR HAKİMİYYƏTDƏ QALMAQ İSTƏYİR...”-
    “PUTİN BU VAXTA QƏDƏR HAKİMİYYƏTDƏ QALMAQ İSTƏYİR...”- “Estafeti oğlu İvana vermək fikrindədir”/"Daily Star"
  • 
  • Sabah Bakıya leysan yağış yağacaq - XƏBƏRDARLIQ
    Sabah Bakıya leysan yağış yağacaq - XƏBƏRDARLIQ
  • 
  • YUNESKO 15 dekabrı Türk Dili Ailəsi Günü ELAN EDİB
    YUNESKO 15 dekabrı Türk Dili Ailəsi Günü ELAN EDİB
  • 
  • Artıq əsgər maaşları da bank kartları ilə veriləcək -
    Artıq əsgər maaşları da bank kartları ilə veriləcək - Hərbi ekspert
  • 
  • Hərbi qulluqçuların pensiyaları necə hesablanacaq?-
    Hərbi qulluqçuların pensiyaları necə hesablanacaq?- Yeni qaydalar
  • 
  • "Rusiya bütün qüvvələrini bu iki şəhəri ələ keçirməyə yönəldib - 
    "Rusiya bütün qüvvələrini bu iki şəhəri ələ keçirməyə yönəldib -  ISW
  • 
  • Mehdiyevin köməkçisi bundan əvvəl də həbs olunubmuş
    Mehdiyevin köməkçisi bundan əvvəl də həbs olunubmuş
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Türkiyənin ikinci "Fərqani" peyki orbitə buraxılıb -
    Türkiyənin ikinci "Fərqani" peyki orbitə buraxılıb - VİDEO
  • 
  • Prezident İlham Əliyev AMEA-nın yubiley tədbirində iştirak edib - 
    Prezident İlham Əliyev AMEA-nın yubiley tədbirində iştirak edib -  FOTOLAR
  • 
  • 20 Yanvar dairəsində yenilik - 
    20 Yanvar dairəsində yenilik -  Cərimə oluna bilərsiniz /VİDEO
  • 
  • Regional rəqabətdə Türkiyə və Misirdən geri qalırıq -
    Regional rəqabətdə Türkiyə və Misirdən geri qalırıq - İsraildən etiraf
  • 
  • Gədəbəylilər kimi saz çalıb-oxuyan amerikalı Marta - 
    Gədəbəylilər kimi saz çalıb-oxuyan amerikalı Marta -  VİDEO
  • 
  • AMEA-da yeni təyinat -
    AMEA-da yeni təyinat - “Gənclər Akademiyası”nın sədri təsdiqlənib
  • 
  • HƏBS EDİLƏN İCRA BAŞÇISINI DİBİROV ƏVƏZ EDƏCƏK -
    HƏBS EDİLƏN İCRA BAŞÇISINI DİBİROV ƏVƏZ EDƏCƏK - Foto /DOSYE
  • 
  • Dörd gün ardıcıl iş olmayacaq - 
    Dörd gün ardıcıl iş olmayacaq -  TƏQVİM
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • MAHMUDOVLAR AİLƏSİNİN AVROPADAKI BÖYÜK SƏRVƏTİ...- Beynəlxalq araşdırmanın tam mətni / FOTOLAR
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Ərəstun Oruclu: "Azərbaycanlıların uğur qazana bilmədiyi yeganə ölkə Azərbaycandır"
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • “The Guardian” 100 milyon avroluq biznesdən yazdı - Niyə Mahmudov? Niyə məhz indi?

    • Tarix: 5-06-2020, 20:06

    Eldar Mahmudov

    Böyük Britaniyanın “The Guardian” nəşri Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun İngiltərədə 100 milyon avroluq biznes imperiyasının olduğunu yazıb. Eldar Mahmudovun İngiltərədə sərvətinin üzə çıxması yenidən onu diqqət mərkəzinə gətirib. Keçmiş nazirin sərvətinin məhz indi ortalığa çıxması və onun nüfuzlu media orqanında yayımlanması bəzi suallar ortaya çıxarıb.Niyə məhz vurulan məmurlar və niyə məhz London? Niyə məhz indi? Üstəlik, keçmiş nazirin sərvəti ilə bağlı məlumatın Azərbaycanda hətta hakimiyyətyönlü mediada da geniş şəkildə yayımlanması və bu yaxınlarda həmin keçmiş nazirə bağlılığı ilə ad çıxarmış banklardan birinin bağlanması Eldar Mahmudovun yenidən kimlərsə tərəfindən vurulması versiyasını artırır. Siyasi şərhçi, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu ASTNA-nın “Niyə?” sualına cavab verir.


    - Ərəstun bəy, Böyük Britaniyanın “The Guardian” nəşri Eldar Mahmudovun İngiltərədə 100 milyon avroluq biznes imperiyasının olduğunu yazıb. İndi hamını bir sual maraqlandırır. Niyə keçmiş nazirin sərvətləri məhz indi ortalığa çıxır?



    - İlk növbədə onu qeyd edim ki, üzə çıxan məbləğ Mahmudov ailəsinin sərvətinin ən yaxşı halda 2-3%-i qədərdir. Mahmudov Azərbaycanda istər hakimiyyət ierarxiyasına, istərsə də biznes aləminə mənsub olan bütün zümrələri, təbəqələri hədə-qorxuya məruz qoyaraq, şantaj və təhdid yolu ilə böyük sərvət toplamış şəxsdir. İstisna eləmirəm ki, onun və ailəsinin sərvəti azı 5-8 milyard dollar təşkil edir. Sadaladığım metodlarla sərvət toplamaqla yanaşı Mahmudovun cinayətkar dəstəsi külli miqdarda gəlir gətirən bir neçə kriminal trasmilli biznesə də nəzarət edirdi.

    Onun haqqında bu məlumatların indi üzə çıxmasının isə bir neçə səbəbi ola bilər. Siyasi səbəblər, yəni, hakimiyyətdaxili mübarizədə qruplardan birinin Mahmudov bandasından istifadə etmək cəhdi. Belə tendensiyalar əvvəllər də olub, son dövrlər isə daha da qabarıq görünürdü. Düşünürəm ki, İlham Əliyevə təsir edərək Akif Çovdarovun və Sübahir Qurbanovun əfvinə nail olan qruplaşma bunu məhz Mahmudov bandasının imkanlarından yararlanmaq üçün edib. Məhz bu iki şəxsin azad olunması da onu göstərir ki, həmin qərar Mahmudovla müəyyən danışıqlar və anlaşmadan sonra verilib. Amma siyasi təcrübəsizlik bunun indi üzə çıxan və hələ çıxacaq risklərini hesablamağa imkan verməyib.

    Sırf nazir fəaliyyətilə bağlı səbəblər də ola bilər ki, bu da Mahmudovun nazir olduğu dövrdə xarici kəşfiyyatlara göstərdiyi xidmətlərin pərdəarxasının indi ya açılması, ya da təsdiqlənməsi ilə bağlı ola bilər. Bu haqda geniş danışmaq istəməzdim. İstisna eləmirəm ki, dünya mediasında bir gün bu məsələlər də az, ya çox dərəcədə öz əksini tapacaq.
    Şəxsi səbəblər də istisna olunmur, çünki Mahmudovun bandası yüzlərlə insanı özü, ailəsi, uşaqları ilə şantaj edib ki, belə şeylər də heç vaxt unudulmur və münasib zaman, imkan ələ düşən kimi ən amansız şəkildə xatırlanır. Xüsusilə də nəzərə alsaq ki, bu tip məsələlərdə keçmiş MTN hətta özündən də aşağı enə bilmişdi.

    - Yəni, məsələnin maraqlı tərəflərindən biri budur ki, hansısa məmurun biznesinin ortalığa çıxması ilk hal deyil. Bundan əvvəl də Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin ailəsinin milyonları barədə məlumatlar açıqlanmışdı. Amma niyə məhz məmurlar vurulduqdan sonra bu məlumatlar tirajlanır? Həmin məmurların vurulmasından sonra bu məlumatların tirajlanması, özü də nüfuzlu beynəlxalq mediada yayılması bunun məqsədli olması ilə bağlı sizdə şübhələr yaratmırmı?

    - Hər şeydən əvvəl, deməzdim ki, yalnız vurulan məmurların biznesi, korrupsiya əməlləri üzə çıxır. Dəfələrlə elə bu gün də iş başında olan bir çox məmurun korrupsiya əməlləri dünya mediasında, jurnalist araşdırmalarında öz əksini tapıb, sadəcə, ölkədə onlara reaksiya vurulmuş məmurlara olan reaksiyadan fərqli olub. Daha doğrusu, reaksiya əsasən olmayıb, bir neçə müxalif və müstəqil media bu haqda yazıb, 1-2 gün sosial mediada müzakirələr olub və bununla da mövzu bağlanıb. Odur ki, burada məqsədli bir yanaşma olduğunu demək obyektiv olmazdı.
    Eldar Mahmudov və Cahangir Haciyevlə bağlı “sızmalar”a və sızan faktların son nəticədə nüfuzlu dünya mediasında yer almasına isə mümkündür ki, Azərbaycanın daxilindən də təşəbbüs göstərilib. Bunun nə dərəcədə rasional və əlverişli olması isə başqa mövzunun predmetidir.
    Hakimiyyət savadsızdır, onun təhlil institutları yoxdur, qərarları bir çox hallarda spontan və impulsiv şəkildə qəbul olunur, ona görə də atdığı addımların bütün mümkün çıxarlarını hesablaya bilmir. Bunun Azərbaycanın daxilindən ortaya atıldığı mənim öz müşahidələrimdən irəli gələn şəxsi fikrimdir, əlbəttə, amma hər bir halda Mahmudov  mövzusu artıq çox geniş dairələrin diqqət mərkəzinə daxil olduğundan indi ən ağır itkiləri də Əliyev hakimiyyəti verəcək.

    - Məsələnin digər maraqlı tərəfi isə odur ki, bu xəbər beynəlxalq mediada yayımlandıqdan sonra bütün yerli media, hətta hakimiyyətyönlü media da bu xəbəri tirajladı. Bu da keçmiş nazirin yenidən kimlərsə tərəfindən vurulması ehtimalını artırır. Bu yaxınlarda həmin nazirə bağlılığı ilə ad çıxarmış bir bankın ölkədə bağlanması isə bu ehtimalı daha da gücləndirir. Vəzifədən atılmış bir məmurun bu qədər vaxtdan sonra yenidən vurulması kimlərin marağındadır?

    - Bu sualınızı yuxarıda qismən cavablandırdım, amma detallara getsək deməliyəm ki, elə mövzunun ölkə daxilində “israrla” gündəmdə saxlanılması onun daxildən qaynaqlanmasına işarədir.

    Mahmudov və onun cinayətkar dəstəsi o qədər insana düşmənçilik edib ki, indi bunun hamısı öz bəhrəsini göstərməkdədir və hələ xeyli göstərəcək də. Yuxarıda qeyd etdiyim kimi, insanlar belə şeyləri heç vaxt bağışlamırlar.
    Mahmudovun düşmənçilik etdiyi insanlar arasında isə adi bir müxalifətçidən tutmuş dövlət başçısına qədər minlərlə şəxs var ki, onlar da keçmiş nazirin kimlərsə tərəfindən reanimasiya olunmasında təkcə ədalətsizlik yox, həm də özləri üçün təhlükə görürlər. Odur ki, onun yenidən vurulmasında minlərlə maraqlı olan var.

    Açığını desəm, şəxsən mən artıq bu mövzudan yorulmuşam. Təkcə son 4-5 gün ərzində 10-dək müsahibə və açıqlama üçün müraciət olub ki, onlardan  da 3-ü xarici media vasitələridir. Siz xatırlayarsınız, radioda çalışdığınız vaxtlar sizin verilişlərdə dəfələrlə Mahmudovun cinayətləri haqda danışmışam və o zaman bunu heç də hamı eləmirdi, çünki eks-nazirin kəsdiyi başa sorğu olmayan zamanlar idi.

    Yeri gəlmişkən, kimlərisə susduğuna görə nə o zaman qınamışam, nə də bu gün qınamaq fikrim var. Özümün və ailə üzvlərimin həmin dövrdə yaşadıqları əsas verir ki, bunu heç vaxt etməyim, amma Mahmudova düşmən münasibətim də yoxdur. Əvvəla, ona görə ki, özümü kinlə, nifrətlə, qisasçılıqla yükləmək istəmirəm, ikincisi, onun əməlləri haqda səsləndirilməsi lazım olanların hamısını çoxdan demişəm, üçüncüsü, adam düşmənçiliyi də buna layiq olanla edər. 

    - Versiyalardan biri də budur ki, Eldar Mahmudovun həbsinə hazırlıq gedir. Ola bilərmi bu qədər vaxtdan sonra Eldar Mahmudov həbs olunsun? Və belə ehtimal varsa, bunun siyasi səbəbləri nə ola bilər?

    - Məncə, indi bu haqda danışmaq artıq gecdir. İlham Əliyev Mahmudovun həbsini uzadaraq elə bir mərhələyə gətirib çıxardı ki, indi bu istiqamətdə atılan istənilən addım onun özünün əksinə olacaq. Başqa sözlərlə, bundan sonra Mahmudovun həbsi də, azadlıqda qalması da eyni dərəcədə İlham Əliyevə qarşı işləyəcək.
    Ziddiyyətli səsləndiyindən bu fikrimə bir az aydınlıq gətirmək istərdim. Mahmudovun azadlıqda qalması onunla bağlı məsələlərin böyüyərək beynəlxalq sanksiyalara qədər gedib çıxmasına səbəb ola bilər.
    Digər tərəfdən də unutmayaq ki, Mahmudovu hələ də himayə edən ciddi xarici tərəfdaşları var və onlar eks-nazirin həbsində maraqlı deyillər. Çünki həbsxanaya düşən Mahmudov bir çox şeylərə aydınlıq gətirə bilər. Ona görə də indi İlham Əliyevin eyni zamanda bir neçə tərəfdən ciddi təzyiqlərlə üzləşə biləcəyi istisna deyil. Bu halda da ortaq məxrəc tapmaq çox çətin olacaq.
    Amma vəziyyətdən çıxış yolu tapmaq yenə də mümkündür. Amma bu yolu seçmək qərarını da dövlət başçısı təkbaşına verə bilməz.

    - Maraqlıdır ki, hazırda vəzifədə olan məmurların var-dövləti haqda mediada məlumatlar olsa da, bu xəbərlərin bu qədər üstünə gedən olmur.  Yəni, araşdırılmır, yerli mediada o qədər də tirajlanmır. Niyə? Kimdir bu siyasəti müəyyən edən?

    - Yerli medianın mütləq əksəriyyətinin hakimiyyətin nəzarətində olduğunu nəzərə alsaq, demək ki, belə qərarları verən də hakimiyyətdir. Təbii ki, hakimiyyət hələ iş başında olan məmurlarının ifşasında maraqlı deyil, çünki bu, elə hakimiyyətin ifşa olunması deməkdir. Belə ifşalar isə cəmiyyətdə etimad krediti onsuz da çox aşağı olan hakimiyyətə etimadı bir qədər də azaldır. Vurulan məmurlarla bağlı yanaşma isə tam əksinədir.

    Hakimiyyət vurulmuşları ifşa eləməklə həm onların siyasi cəsədi üzərində xal qazanmağa çalışır, həm də bu yolla onları təhdid edərək topladıqları sərvəti əllərindən almağa çalışır. Vurulmuş məmurların ifşası üzərində korrupsiya ilə mübarizə görüntüsü yaratmaq cəhdi müsbət nəticələr verməsə də, sərvətlərinin qismən də olsa əllərindən alınması mexanizmi işləyir. Bu da elə onlarla bağlı əsas məqsədlərdən biridir.

    - Sizcə, bu olay ətrafında hansı proseslər baş verəcək? Və ya hakimiyyət bu məsələni hansısa formada öz xeyrinə həll edə biləcəkmi? Ya da bu məsələnin ümumi prosesin xeyrinə olması üçün hansı addımlar atıla bilər?

    - Məncə, bu məsələdə beynəlxalq və xarici amillərin iştirakı və təsiri getdikcə artacaq ki, bu da mövzunun müzakirə dairəsini daha da genişləndirəcək. Belə halda hakimiyyətin imkanları daha da məhdudlaşır ki, bu da  bir qədər əvvəl dediyim kimi, onun məsələni öz xeyrinə həll edə biləcəyini mümkünsüz edir. Səbəb də təkcə bu deyil, həm də odur ki, hakimiyyətin bununla bağlı hansısa ardıcıl, sistemli və dəqiq planının olmadığı faktdır. Məsələnin bu qədər uzanması da onun ziyanına işləyib və faktiki pat vəziyyəti yaradıb. Ona görə də indiki halda hakimiyyətin vəziyyətdən xeyirlə çıxa biləcəyi heç inandırıcı görünmür.
    Zənnimcə və təhlillər də göstərir ki, hakimiyyət ən yaxşı halda Mahmudov qalmaqalından “heç-heçə” ilə çıxa bilər. Başqa sözlərlə desək, həm quzular sağ qalır, həm də qurdlar doyur. Belə nəticə isə ancaq çox pozitiv sonluqlu nağıllarda olur.

    Oxunub: 675
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      03-11-2025
      18:15 | QİYMƏT İNFLYASİYASI: Ali təhsildə GÖRÜNMƏZ, amma DƏRİN PROBLEM -  Professorun YAZISI
      17:45 | BU ŞƏXSLƏR üçün məcburi sosial sığorta haqqı ARTIRILIR
      17:35 | Tayvan ABŞ-dan yeni HIMARS sistemləri alacaq - Çatdırılma müddəti 1 il tezləşdirilir
      17:20 | "İlqar Mustafayev dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul" -  MƏHKƏMƏ
      17:15 | Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
      16:45 | “MƏRAKEŞİN SƏSİ” və... YENİ şeylər içində KÖHNƏ düşüncələr
      16:35 | Müavinin həbsindən sonra icra başçısı bu NAZİRDƏN KÖMƏK İSTƏYİB
      16:31 | Bakıda bu məktəbdə müəllimlər dərsə girmədilər -  Kütləvi narazılıq
      14:15 | AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib -  İlham Əliyev tədbirdə çıxış edib / Tam mətn
      14:05 | Yaxın 15 ildə mayeləşdirilmiş təbii qaza qlobal tələbat 50% artacaq
      14:00 | “PUTİN BU VAXTA QƏDƏR HAKİMİYYƏTDƏ QALMAQ İSTƏYİR...”- “Estafeti oğlu İvana vermək fikrindədir”/"Daily Star"
      13:55 | Sabah Bakıya leysan yağış yağacaq - XƏBƏRDARLIQ
      13:45 | İsmayıl Haniyyəni kim və necə öldürüb? - SEPAH mənsubundan mübhəm AÇIQLAMA
      13:40 | YUNESKO 15 dekabrı Türk Dili Ailəsi Günü ELAN EDİB
      13:30 | Artıq əsgər maaşları da bank kartları ilə veriləcək - Hərbi ekspert
      13:15 | SADƏ VƏTƏNDAŞDAN YÜZ DƏFƏ VARLI - İcra başçıları BU QƏDƏR MAAŞ ALIR, AMMA... /RƏQƏMLƏR
      13:06 | 800 min manat mənimsəyən qadına hökm oxunub: 8 İL HƏBS
      13:00 | "Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır"- Mustafa Destici
      12:50 | Hərbi qulluqçuların pensiyaları necə hesablanacaq?- Yeni qaydalar
      12:45 | "Rusiya bütün qüvvələrini bu iki şəhəri ələ keçirməyə yönəldib -  ISW
      12:40 | TRAMP YENƏ FİKRİNİ DƏYİŞDİ -  “Onların döyüşməsinə imkan vermək lazımdır”
      12:35 | Mehdiyevin köməkçisi bundan əvvəl də həbs olunubmuş
      12:30 | Trampın iddiası beynəlxalq gərginlik yaratdı - Çin XİN-dən sərt reaksiya
      12:25 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:20 | Türkiyənin ikinci "Fərqani" peyki orbitə buraxılıb - VİDEO
      12:15 | BAŞ PROKURORLUQ SON HƏBSLƏR BARƏDƏ MƏLUMAT YAYDI - Saxlanılanların adları açıqlandı
      12:05 | Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov həbs olunub
      12:00 | Prezident İlham Əliyev AMEA-nın yubiley tədbirində iştirak edib -  FOTOLAR
      11:55 | ABŞ-nin DÜNYANI 150 DƏFƏ PARTLATMAĞA yetəcək qədər NÜVƏ SİLAHI VAR - Donald Tramp
      11:50 | 20 Yanvar dairəsində yenilik -  Cərimə oluna bilərsiniz /VİDEO
      11:00 | MÜAVİNLƏRİ TUTULAN İCRA BAŞÇISI KİMDİR? - 20 ildən çoxdur ki... /DOSYE
      10:55 | Regional rəqabətdə Türkiyə və Misirdən geri qalırıq - İsraildən etiraf
      10:45 | Azərbaycanın qızıl ehtiyatı nə qədərdir? -  Rəsmi RƏQƏMLƏR
      10:40 | Gədəbəylilər kimi saz çalıb-oxuyan amerikalı Marta -  VİDEO
      10:35 | AMEA-da yeni təyinat - “Gənclər Akademiyası”nın sədri təsdiqlənib
      10:30 | HƏBS EDİLƏN İCRA BAŞÇISINI DİBİROV ƏVƏZ EDƏCƏK - Foto /DOSYE
      10:25 | İranda qorxulu XƏBƏRDARLIQ:  “İki həftə sonra su yoxdur!”
      10:20 | Dörd gün ardıcıl iş olmayacaq -  TƏQVİM
      10:15 | Ukrayna Saratovda neft emalı zavodunu vurdu
      10:10 | Ermənistanda katolikos II Qareginin qardaşı və onun oğlu saxlanılıb
      02-11-2025
      20:30 | "QİYAMƏT GÜNÜNÜN BUNKERİ" NƏDİR? - İçində nə var və nə üçün lazımdır?
      20:25 | Türkiyə Rusiya neftindən imtina edir
      20:20 | Dünya liderlərinin ilginc keçmişi: dondurma satan, təmizlikçi, sürücü…- ADLAR
      20:15 | “Almaniya Ukraynaya yeni "Patriot" sistemləri verib”- Volodimir Zelenski
      17:30 | II Qaregin seçkilərə qədər istefa verməlidir - Simonyan
      17:20 | Türkiyədə mafiya futbol hakimlərini qadınlarla şantaj edirmiş: Ahmet Çakar danışdı
      17:15 | SOÇİDƏ LUKAŞENKO ÜÇÜN “PENSİONER REZİDENSİYASI” TİKİLİR - Belarus lideri Putinin qonşusu olacaq /FOTO
      17:00 | Azərbaycanda qeyri-adi MEYVƏ:  Ağacda ÇİYƏLƏK YETİŞDİ - FOTO
      16:30 | Ruslar öz əsgərlərinin məzarlarını yerlə-yeksan edirlər - VİDEO
      16:20 | Dünyada siqareti qadağan edən ilk ölkə: Maldiv adaları
      16:00 | TÜRKLƏR haqqında təsəvvürümüz RUSİYANIN UYDURMASIDIR -  PAŞİNYAN
      15:45 | QARADAĞIN DEPUTATI İH-dəki HƏBSLƏRDƏN DANIŞDI: "Təəssüf hissi keçirirəm ki..."
      15:30 | İranda Rusiya əleyhinə təbliğat aparılır - Ruhulla Mübadder
      15:25 | ÇLi-də "Arsenal"ın matçı azərbaycanlı hakimlərə həvalə edildi
      15:20 | İsrail Livana “idarə olunan raketlə” hava zərbəsi endirib
      15:15 | "İran nüvə obyektlərini yenidən quracaq" -  Pezeşkian
      14:15 | Vaşinqtonda MƏRKƏZİ ASİYA SAMMİTİ:  Bölgə uğrunda MÜBARİZƏ GÜCLƏNİR /TƏHLİL
      14:05 | Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar niyə və neçə manat cərimələnə bilərlər?- VİDEO
      14:00 | “Putinlə Trampın görüşünə yox, buna ehtiyacı var”- Peskov
      13:55 | “Rusiya daha iki şəhərə doğru irəliləməyə çalışır”- Ukraynalı general
      13:50 | Bakıda və bəzi rayonlarda yağış yağacaq -  Hava proqnozu
      13:45 | QARADAĞ RAYON İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT - Müavin və daha iki vəzifəli həbs edildi /Yenilənib
      13:35 | Baydenin seçkilərdən geri çəkilməsinin əsas səbəbi AÇIQLANIB
      13:30 | Bu kənd məktəbində dərslər dəhlizdə keçirilir -  VİDEO
      13:10 | 310 əcnəbi jurnalist bir arada - ZƏFƏR videomuza baxacaqlar
      13:00 | Rus dilində ən uzun sözdə 55 hərf var - "Ginnesin Kitabı"nda rekord dəyişib
      12:50 | DƏBDƏBƏLİ VİLLA, HELİKOPTER MEYDANÇASI: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
      12:30 | 30 ildir icra başçısı olan ali təhsilli müəllim-MƏMUR KİMDİR?
      12:25 | Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
      12:20 | Nevada səhrasında 315 nəfərin külü TAPILDI
      12:00 | 2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
      11:55 | Ermənistan AĞRI DAĞDAN RƏSMƏN İMTİNA ETDİ - 2025-ci il noyabrın 1-dən...
      11:50 | "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
      11:44 | Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
      11:40 | Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
      11:35 | Ukrayna ordusu “Qara Şahin” əməliyyatına başlayıb - Pokrovsk ətrafında döyüşlər şiddətlənir
      11:30 | MƏNZİL BAZARINDA BAHALAŞMA DAVAM EDİR -  Səbəb nədir? /VİDEO
      11:25 | İsmayıllıda bir gündə ikinci zəlzələ
      11:22 | Dünyanın sonu yaxınlaşır? Nostradamusdan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ
      11:20 | Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
      11:15 | Region çalxalanır: İrana qurudan hücum ola bilər - Bu istiqamətdə
      01-11-2025
      22:30 | Prokurorluq Qaradağ RİH-ə girdi, MÜAVİN HƏBS EDİLDİ
      19:40 | MİLYARDLARIN BATDIĞI RAYONLAR - Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməsə...
      19:30 | İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
      19:20 | Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
      15:05 | Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
      15:00 | Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?- Son MƏLUMAT
      14:30 | Ruslar üçün Türkiyədə yeni problem - Rusiyalıların çox istifadə etdiyi ödəniş sistemi bağlandı
      14:20 | Karib dənizində gərginlik artır -  ABŞ donanması Venesuela sahillərinə yaxınlaşıb
      14:15 | Rusiya azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
      12:25 | “ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”- Maduro
      12:15 | “RUSİYA İLƏ MÜHARİBƏ QAÇILMAZDIR”- “Biz artıq “sıfır fazası”ndayıq”
      12:00 | Ötən ay 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
      11:55 | Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı - Rektor əmr imzalayıb
      11:50 | "Allah kəssin belə yaşayışı, dünən də bu gün yatdım”- Fədayə Laçından etiraf
      11:44 | BMT: Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
      11:31 | Növbəti Günəş fırtınası BÜTÜN PEYKLƏRİ MƏHV EDƏ BİLƏR - ESA-dan XƏBƏRDARLIQ
      11:15 | Tramp-Putin görüşü bu hadisədən sonra təxirə salınıb - Moskva rəsmi sənəd göndərib ki...
      11:11 | Məşhur tarixçi Eydelman haqda həbs qərarı çıxarıldı - Rusiyada “xarici agent” elan edilib
      11:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.