BQXK-nın maşınları “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana hərəkət ediblər
Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır. APA xəbər verir ki, bu gün səhər saatlarında BQXK-nın yük və minik avtomobilləri Xankəndidən Ermənistan istiqamətinə keçid ediblər. Bu, bir daha göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: