Rövşən Tağıyev polkovnik-leytenant rütbəsi aldı
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyevin rütbəsi artırılıb. Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, ona polkovnik-leytenant rütbəsi verilib. BDYPİ-dən məlumat Oxu.Az-a təsdiqlənib.
Oxunub: 102
Xəbəri paylaş
Paylaş: