Gələn həftə neçə gün evdə qalacağıq? - CAVAB
Koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə Bakı, Gəncə, Sumqayıt, Abşeron və Lənkəranda tətbiq edilən həftəsonu “evdə qal” tədbirlərinin bir müddət davam etdiriləcəyi açıqlanıb.
Bu həftəsonu tətbiq edilən evdən çıxma qadağasının qarşımızdakı həftələrdə də qüvvədə olcağı məlumdur. Belə ki, üzümüzə gələn həftənin şənbə və bazar günləri ilə yanaşı 15 İyun Milli Qurtuluş günü ilə əlaqədar ardıcıl 3 gün evdə qalma qaydasının tətbiq ediləcəyi gözlənilir. Beləliklə Operativ Qərargahın qərarı ilə 13, 14 və 15 iyun tarixində ardıcıl 3 gün sərt karantinin tətbiq ediməsi gündəmdədir.
Oxunub: 357
Xəbəri paylaş
Paylaş: