Samarada zavodda baş verən partlayışda altı nəfər ölüb, dörd nəfər yaralanıb
Samara vilayətinin Çapayevsk şəhərindəki “Promsintez” zavodunda partlayış baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Məlumata görə, partlayışda altı nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə texniki boru xəttinin sökülməsi zamanı baş verib. Partlayışdan sonra yanğın olmayıb.
Qeyd edək ki, “Promsintez” zavodunda partlayıcı maddələr istehsal olunur.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: