Polis binadan zibil atanı yatdığı yerdən belə apardı -
VİDEO
Yasamal rayonu ərazisindəki yaşayış binalarından birində yaşayan və polisin üzərinə zibil atan sakinlərədn birinin saxlanmasını əks etdirən görüntülər yayılıb.
Videogörüntülərdə Çevik Polis Alaytının Xüsusi Təyinatlı qüvvələrinin evə daxil olaraq şübhəli şəxsi yatdığı yerdən götürdükləri əks edilib. Bu zaman evdə qadın və uşaqlar da olub.
Görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Polisin doğru addım atdığını deyənlərlə yanaşı, vətəndaşın şəxsi mülkinə daxil olaraq onu yatdığı yerdən götürməsini tənqid edənlər də, bunu qanun pozuntusu adlandıranlar da olub.
Xatırladaq ki, Dadaş Bünyadzadə küçəsindəki binanın bir qrup sakini həyətdə karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atıblar.
Asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.