Culfada avtomobil aşdı: Xəsarət alanlar var
Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə rayonun Əlincə kəndində qeydə alınıb. Avtomobilin aşması nəticəsində Culfa rayon Bəyəhməd kənd sakini, 1994-cü il təvəllüdlü Təbriz Elşad oğlu Allahverdiyev və Şahbuz rayon sakini, 1977-ci il təvəllüdlü Sevinc Baxşəli qızı İbrahimova xəsarət alıb. Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: