Azərbaycanda unun zənginləşdirilməsinə başlanılacaq
“Azərbaycanda unun zənginləşdirilməsinə başlanılacaq”. Oxu.Az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin altı ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qida məhsullarının zənginləşdirilməsinə dair qərar Nazirlər Kabineti tərəfindən təsdiq olunub: “Bu çərçivədə UNİSEF-lə birlikdə unun zənginləşdirilməsinə dair formul müəyyənləşdirilib. Pilot layihə olaraq bu istiqamətdə şirkətlərlə danışıqlar aparılıb və razılıq əldə olunub. Bununla da əhali arasında dəmir defisiti, anemiyanın qarşısı alınacaq”.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: