Şimşək çaxacaq, dolu düşəcək
- XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında iyulun 30-u axşamdan 31-i gündüzədək bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Oxunub: 134
Xəbəri paylaş
Paylaş: