Türkiyədə mikroavtobus yük maşınına çırpılıb: Ölən və yaralananlar var
Türkiyənin Antalya şəhərində sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var.
Yerli medianın yaydığı məlumata görə, Alanya rayonunda mikroavtobus yük maşınına çırpılıb. Hadisə nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Əraziyə polis və təcili yardım cəlb edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxunub: 122
Xəbəri paylaş
Paylaş: