Müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib. 26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5 619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Oxunub: 80
Xəbəri paylaş
Paylaş: