“Türkiyə ilə savaşa hazırıq” –
Ərdoğana xəbərdarlıq
“Yunanıstan Türkiyə ilə münasibətlərdə ən pis ssenarilərə hazırdır”.
Bunu Yunanıstan müdafiə nazirinin köməkçisi Alkiviadis Stefanis deyib.
“Ən pis ssenariyə hazırlaşırıq, bunu edirik. Ən pis ssenari daxilindəki ehtimalları da göz önündə saxlayırıq. Hərəkətə keçmə gücümüzü artırmaq üçün ən bəsit səviyyədən başlamışıq və bu yöndə də çalışırıq”.
“Ərdoğanın açıqlamalarını dinləyirik və analiz edirik. İstədiyini həyata keçirmək üçün əlində olan imkanları incələyirik. Əlbəttə, Türkiyənin istədiyini həyata keçirmək imkanları var. Amma biz də öz əlimizdəki imkanları genişləndiririk”.