Mərkəzi Gömrük Hospitalı koronaviruslu xəstələr üçün ayrılır - TƏBİB

Mərkəzi Gömrük Hospitalı koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimli tibb müəssisəsi sırasına daxil edilir.
Faktı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva təsdiqləyib.
O qeyd edib ki, hospital sabahdan adi xəstə qəbulunu dayandıracaq və pandemiya ilə əlaqəli xəstələrin müalicəsi üçün hazırlanacaq.
Qeyd edək ki, bu gün ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 30-dan artıq tibb müəssisəsi ayrılıb. Eyni zamanda bu yaxınlarda 3 modul tipli xəstəxananın açılışı olub./report
Oxunub: 427
Xəbəri paylaş
Paylaş: