Xaçmazın İcra başçısı özünə yeni model “Range Rover” aldı
- FOTO
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özünə yeni avtomobil alıb.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, icra başçısının yeni avtomobili 450 min manat dəyərində olan “Range Rover”dir.
Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşınını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib.
Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir.(Unikal)
Oxunub: 602
Xəbəri paylaş
Paylaş: