Tramp:
“Sietl daxili terrorçular tərəfindən ələ keçirilib”
ABŞ Prezidenti Donald Tramp Sietl şəhərinin “daxili terrorçular” tərəfindən ələ keçirildiyini bildirib.
Bu barədə ABŞ Prezidenti “Twitter” hesabında yazıb.
“Daxili terrorçular Sietli ələ keçiriblər, əlbəttə ki, radikal-solçu demokratlar tərəfindən idarə olunurlar”, - deyə D.Tramp qeyd edib.
D.Tramp Sietl rəhbərliyini şəhəri nəzarətə götürməyə və dərhal “kifir anarxistləri dayandırmağa” çağırıb.
Oxunub: 352
Xəbəri paylaş
Paylaş: