Türk çörəyi"nə nazın pərdəarxası - Dərdləri "aclıq" deyil...
Qarabağdakı separatçı ermənilər artıq 5 gündür ki, Azərbaycanın göndərdiyi 40 tona yaxın ərzaq yükünə "naz edir".
Globall.az Milli.az-a istinadən bildirir ki, dünyaya "blokada"da olduğunu car çəkən, nüfuzlu nəşrlərdə bu barədə yazılar çıxmasına nail olan, bir sıra tanınmışları öz yalanlarının yayılmasına cəlb edən separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükünün Xankəndinə çatdırılmasını müxtəlif üsullarla əngəlləyirlər. Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

Aydın məsələdir ki, onların dərdi "aclıq", "böhran" deyil. Aclıq olsaydı, bu yardımı qəbul edərdilər. Amma, onlar ərzaq yükünün Xankəndinə çatdırılmasını əngəlləmək üçün Əsgəran yaxınlığında etiraz aksiyası da keçiriblər. Separatçıların bu davranışı nə beynəlxalq hüquqa, nə beynəlxalq münasibətlərin tələblərinə uyğun gəlir. Onlar müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmağa çalışırlar. Bu bəhanələrə yol göstərənin hansı ölkə və ya ölkələr olmasını təxmin etmək isə çətin məsələ deyil.

Ermənistan ötən gün yenə atəşkəsi pozub. Onlar mövqelərimizi ağır artilleriyadan istifadə etməklə atəşə tutublar. Müdafiə Nazirliyinin səhər saatlarında yaydığı məlumatda qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı növbəti dəfə radiomaneələr tətbiq edilməsi bildirilib. Ermənistan tərəfi vəziyyəti qəsdən gərginləşdirərək məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışır. Ərazisində Aİ missiyasının olmasından istifadə edən Ermənistan beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq niyyətindədir.
Oxunub: 181
Xəbəri paylaş
Paylaş: