Ərdoğan taxıl dəhlizi ilə bağlı təklif paketini Putinə təqdim edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizinin fəaliyyətinin yenidən bərpası üçün təklif paketini Rusiya prezidenti Vladimir Putinə təqdim etməsi gözlənilir.
Globall.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyənin dəstəyi ilə hazırlanan paket BMT tərəfindən də təsdiqlənib.
Məlumata əsasən, təklif paketinə Rusiya gəmilərinin sığorta probleminin həlli, Rusiya banklarının SWIFT-ə qoşulması və Rusiya taxılının heç bir əngəl olmadan daşınması daxildir.
Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin 4 sentyabr tarixində Soçidə görüşü keçiriləcək. Görüş çərçivəsində Qara dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: