Bakıda 12 metrlik avtobus işə düşdü -
XƏRİTƏ
Bakıda bu gündən daha bir istiqamət üzrə 12 metrlik avtobuslar işə düşür.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus "BMC Procity" 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.
Dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” NMM və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.
Sərnişinlərin “BakıKart”-ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.
Oxunub: 576
Xəbəri paylaş
Paylaş: