İlham Əliyev general-mayoru vəzifəsindən azad etdi - FOTO
General-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.
Oxunub: 485
Xəbəri paylaş
Paylaş: