Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı
Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb.
Globall.az bildirir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib.
"Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq və bu da orta əmək haqqıların artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu",- deyə nazir əlavə edib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir.
Oxunub: 130
Xəbəri paylaş
Paylaş: