"Azərbaycan ÜST-ə 10 milyon dollar ayırıb”- XİN
“Azərbaycan COVID-19 böhranına, həmçinin çoxtərəfli çərçivədə cavab tədbirlərinə fəal şəkildə cəlb olunub və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ayırıb”.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu “Şərq Tərəfdaşlığı” üzrə Xarici İşlər nazirlərinin video-telekonfrans görüşündə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, Azərbaycan, eyni zamanda, 4 ölkənin müraciəti əsasında onlara ikitərəfli qaydada yardım göstərib: “Bu gün Azərbaycan COVID-19-la mübarizədə ən çox humanitar yardım göstərən ölkələr siyahısındadır və bu, bizim həmrəylik və əməkdaşlığa sadiqliyimizə dəlalət edir”.
Oxunub: 372
Xəbəri paylaş
Paylaş: