O ümidlər reallığa çevrildi - Füzuli sakini
Otuz ildən sonra öz torpağımıza qayıtmaq məni çox sevindirir.
Globall.az bildirir ki, bunu Trend-ə açıqlamasında Füzuli sakini Xəlilova Sevda deyib.
O bildirib ki, sevincindən səhərə qədər yatmayıb.
"Mən Füzulidən çıxanda 32 yaşım var idi. Keçən 30 il çox çətinliklər gördüm. Lakin öz doğma torpağıma qayıtmağıma ümidim var idi. O ümidlər reallığa çevrildi. Bu anları mənə yaşatdığına görə ordumuza minnətdaram", - deyə o qeyd edib.
Oxunub: 77
Xəbəri paylaş
Paylaş: