Rusiyanın UNESCO-dan çıxması təklif edildi
Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy ölkənin UNESCO-dan çıxmasını təklif edib.
Globall.az bildirir ki, bu barədə deputat özünün "Telegram" kanalında yazıb.
Tolstoyun bu təklifi Baykal gölü yaxınlığındakı meşələrin məhdud şəkildə qırılmasına icazə verən qanun layihəsinə yönəlmiş tənqidlərlə əlaqəlidir. Belə ki, Baykal gölü ətrafındakı UNESCO ümumdünya mədəni irsinin siyahısına daxildir.
Dövlət Dumasının vitse-spikeri bildirib ki, Rusiya özünün iqtisadi və geosiyasi maraqlarını qorumalıdır, UNESCO kimi təşkilatlarda iştirak etməklə isə "Rusiya nəyi edib, nəyi etməməli olduğuna dair Qərbin fikirlərini" dəstəkləyir.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş: