Yeni tədris ilində BU SAYDA şagird təhsil alacaq - AÇIQLAMA
2023-2024-cü tədris ilində 1.6 milyon şagird təhsil alacaq.
Globall.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, 2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb olunacaq. Eyni zamanda 135 000 uşaq birinci sinifdə təhsil alacaq, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
Xatırladaq ki, 2022/2023-cü tədris ilinin əvvəlinə ölkənin 4399 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb.
Oxunub: 153
Xəbəri paylaş
Paylaş: