ABŞ Navalnını Qərbdə həbsdə olan rusiyalılarla dəyişə bilər
ABŞ Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnını Qərbdə həbsdə olan rusiyalılarla dəyişə bilər.
Globall.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" anonim mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, Rusiya ilə Qərb arasında çoxtərəfli məhbus mübadiləsi çərçivəsində digər rusiyalı müxalifətçilər, həmçinin "WSJ"in jurnalisti Evan Qerşkoviç azad oluna bilər. Mübadilə nəticəsində vətənə qayıda biləcək rusiyalılar arasında Almaniyada ömürlük həbs cəzası çəkən Vadim Krasikov da var.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: