Koronaviruslularla işləyən həkimlərin maaşı ilə bağlı
YENİ QƏRAR
Nazirlər Kabienti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.
Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq daha bir ay uzadılaraq 2020-ci il iyulun 1-dək olan müddət üçün ödəniləcək.
Xatırladaq ki, daha öncə artımın martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilməsi barədə qərar verilmişdi.
Oxunub: 375
Xəbəri paylaş
Paylaş: