BŞ ordusunun iki generalı Ermənistana gedib
ABŞ ordusunun iki generalı hazırda davam edən "EAGLE PARTNER 2023" hərbi təlimləri çərçivəsində Ermənistana səfər ediblər.
Globall.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Ermənistandakı səfirliyi yayıb.
Məlumata görə, general-mayor Qreqori Anderson və briqada generalı Patrik Eli ABŞ səfiri Kristina Kvin ilə birgə təlimləri izləyiblər.
Xatırladaq ki, Ermənistan ərazisində ABŞ ilə birgə keçirilən hərbi təlimlər sentyabrın 11-i başlayıb və ayın 20-nə qədər davam edəcək. Təlimlərdə 175 erməni və 85 amerikalı hərbçi iştirak edir.
Oxunub: 20
Xəbəri paylaş
Paylaş: