Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Xan Şuşinskinin anadan olmasından 121 il ötdü
  • Abbasqulu bəyin daha bir nəvəsi VƏFAT ETDİ - FOTO
  • Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SİYAHI
  • Prezident bu şəxsləri təltif etdi - SİYAHI
  • İmran Xanın YENİ PLANI: İqtidarı qaytarmaq üçün...
  • Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti - Xan Şuşinski haqqında ŞOK FAKTLAR

    • Tarix: 17-09-2023, 14:31

    qerar.az

    Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti Xan Şuşinski haqqında

    Globall.az  Kulis.az-a istinadən xanəndə haqqında maraqlı faktları təqdim edir.

    Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi, İbrahim Xəlil Xanın oğlu Məhəmməd Həsən ağa Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlib. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Pənahəli xanın üçüncü oğlu Talıbxan ağanın törəməsi, Behbud bəyin nəvəsi, Murad bəyin qızı olub.

    ***

    Ətra
    1918-ci ilin yazında Ağdamın Novruzlu kəndində, Qarabağın tərəqqipərvər ziyalılarının, şair və nasirlərinin, eləcə də məşhur sənət adamlarının dəvət aldığı mötəbər bir məclis qurulub. Həmin məclisə Segah İslam gənc şagirdi İsfəndiyarla birlikdə gəlib. İslam Abdullayev pəncərənin önündə o dövr üçün yenilik sayılan qrammofon cihazını görüb. Qrammfondan Təbrizin məşhur xanəndəsi Əbülhəsən Xanın səsi gəlib. İfa başa çatdıqdan sonra müəllimi üzünü gənc şagirdinə tutaraq, "İsfəndiyar, sən də belə oxuya bilərsənmi?", deyə müraciət edib. İsfəndiyar peşəkar xanəndə tərzində, eynilə Əbülhəsən Xanın oxuduğu kimi "Şahnaz"ı ifa etməyə başlayıb. Divarboyu rəflərdə düzülmüş çini və şüşə qablar xanəndənin səsinə sanki səs verirmiş kimi cingildəyib. Heyrətə gəlmiş qonaqlar bir ağızdan deyiblər: "Əsl Xan elə budur ki..." O gündən sonra İsfəndiyar müəlliminin xeyir-duası ilə Xan Şuşinski ləqəbi ilə oxumağa başlayıb.

    qerar.az
    Azərbaycanda Demokratik Respublika elan edildikdən sonra, 1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilərək qısa bir müddətdə Gəncədə hərbi təlim keçib. Sonradan onu tanıyan cümhuriyyətin ilk hərb naziri Xosrov bəy Sultanov Xanın öz sənəti ilə yeni yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, vaxtaşırı hərbçilər qarşısında çıxışlar etmək şərtilə, Xan Şuşinskini hərbi xidmətdən azad edib.

    ***

    Xan Şuşinski bir müddət Gəncədə və ətraf bölgələrdə çıxışlar edib. O, Gəncə qiyamından sonra yenidən Qarabağa qayıdaraq Ağdam şəhərində məskunlaşıb.
    qerar.az
    Gənc yaşlarında evlənsə də, bu evlilikdən övladı olmayıb. Həyat yoldaşının təkidi ilə o, sonradan yenidən evlənib və həmin evlilikdən Bəyimxanım, Zümrüd, Səadət və Aslan doğulub.

    ***

    Üzeyir Hacıbəyov Xan Şuşinskinin səsini və yaradıcılığını yüksək qiymətləndirərək onu opera ifaçılığına cəlb etməyə razı sala bilmədiyi üçün hər zaman təəssüf hissi keçirdiyini etiraf edib.
    qerar.az
    Ü. Hacıbəyov Xanı musiqi təhsili almaq üçün İtaliyanın Neapol Konservatoriyasına göndərilməsini təkid etsə də, oxuduğu muğamlara sədaqətli olan xanəndə ailə vəziyyətini, atasının qoca və xəstə olmasını bəhanə gətirərək İtaliyadakı vokal ifaçılıq təhsilindən imtina edib.

    ***

    Öz yaradıcılığında Hüseyn Cavidin qəzəllərinə geniş yer ayırdığına görə 1937-ci ildə hökumət nümayəndələrinin qəzəbinə tuş gəlib, bir il müddətinə "səsi alınaraq" kütləvi yerlərdə, el şənliklərində və rəsmi tədbirlərdə oxumasına qadağa qoyulub. Bu səbəbdən də Xan 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçıları siyahısından kənarlaşdırılıb
    qerar.az
    Həmin dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən M. C. Bağırov Xan Şuşinskinin tədbirlərə qatılmamasının səbəbini soruşduqda, ona - "Xan Moskva Dekadasında iştirakdan imtina etdi", cavabı verilib. Bu cavab M. C. Bağırovu çox qəzəbləndirdiyindən o, Xanın barəsində qəti cəza tədbirinə qərar versə də, məsələni aydınlaşdırarkən Xan Şuşinskiyə xoş münasibət bəsləyən bir qrup ziyalı respublika rəhbərinə həqiqi vəziyyəti, Xanın kütləvi və dövlət tədbirlərində təmənnasız göstərdiyi xidmətləri dövlət başçısına izah etdikdən sonra Bağırov Xanın o dövrdə yaşadığı Ağdam rayonundan 24 saat ərzində Bakı şəhərinə köçürülməsi və Filarmoniyada işlə təmin olunması barədə göstəriş verib. Xan Şuşinski ailə üzvləri ilə birlikdə təcili olaraq paytaxta köçürülərək mənzillə təmin edilib.

    ***

    Xan Şuşinski mədəniyyət sahəsində yeganə şəxsdir ki, nümunəvi fəaliyyəti və böyük sənətkarlıq bacarığı nəzərə alınaraq, "Əməkdar artist" adı almadan, 1943-cü ildə birbaşa "Xalq artisti" adı ilə təltif edilib.
    qerar.az
    1956-cı ildə Ü. Hacıbəyovun "Məşədi İbad" operettası əsasında çəkilən "O olmasın, bu olsun" filmində epizodik rol olan xanəndə obrazını böyük məharətlə ifa edib, filmdə kadr üçün ayrılmış 2 dəqiqəyə yaxın məhdud vaxt ərzində xüsusi ustalığı hesabına 14-16 dəqiqəlik "Şahnaz" muğamının bütün guşə və məqamlarını ifadə etməyə müyəssər olub.

    ***

    Xan Şuşinski gənc yaşlarından papiros çəksə də, sonradan Cabbar Qaryağdıoğlunun məsləhəti ilə qəlyan çəkməyə başlayıb və ömrünün sonlarına qədər bu məşğuliyyətindən əl çəkməyib. Sağlığında böyük qəlyan və təsbeh kolleksiyası olsa da, əliaçıq insan olduğundan özünə ən əziz hesab etdiyi əşyasını belə kimdənsə əsirgəməyib.
    qerar.az
    Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlayıb, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı olub. Onun gözəl nərd oynamaq qabiliyyəti var idi. Nərd oynamağı sevər və çox nadir hallarda uduzardı. Latın, kiril və ərəb əlifbaları ilə yazıb-oxuyub, hafizəsi güclü olduğundan hətta ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb.

    ***

    Dövrü mətbuatı izləyər, siyasi tədbirlərdən uzaq olmağa çalışardı. Dəvət olunduğu yerə, o cümlədən işə, konsertlərə heç vaxt gecikməz, xalq arasında olmaqdan, piyada gəzməkdən zövq alardı, adətən, ictimai nəqliyyatdan istifadə edərdi.
    qerar.az
    Ömründə heç vaxt spirtli içki qəbul etməyib, səsinin qorunması xatirinə ömrü boyu özünü təbiətin bir sıra nemətlərindən təcrid edib. Təmkinli, az danışan insan olub. Eyni zamanda həmyaşıdları və münasib bildiyi insanlarla zarafatlaşmağı xoşlayıb.

    ***

    1924-cü ilin əvvəllərində Nəriman Nərimanov artıq Rusiyada işlədiyi vaxt Azərbaycana qısa müddətli səfərə gəlib. Xan Şuşinskini çağırtdırırlar ki, bəs Nərimanov səni dinləmək istəyir. Xan kiçik musiqiçi dəstəsi ilə Nərimanovun görüşünə gəlib. Nərimanov Xanla görüşəndən sonra üzünü ona tutub, "Ay bəri bax" mahnısı oxumağı sifariş edib. Xan Şuşinski bu mahnının köhnə inqilabçı olan Nərimanov üçün hansı xatirələrlə bağlı olduğunu Cabbar Qaryağdıoğludan eşitmişdi. Belə ki, 1909-cu ildə "Koba" ləqəbli İosif Stalin sürgünə göndərilməzdən əvvəl bir müddət Bakının Bayıl türməsində saxlanılıb. Mütərəqqi fikirli insan olan Cabbar Qaryağdıoğlu da o zaman Bakıda fəaliyyət göstərən inqilabçı dərnəklərin üzvləri ilə əməkdaşlıq edər, öz maddi və mənəvi köməkliyini azadlıq və tərəqqi fədailərindən əsirgəməzdi. Həbsxanada olan yoldaşları ölkədə və eləcə də şəhərdə baş verən son hadisələrdən məlumatlandırmaq və inqilabçıların fəaliyyət planlarını təcridxanadakılara çatdırmaq məqsədilə Cabbar Qaryağdıoğlu musiqiçilərdən ibarət dəstəsi ilə Bayıl həbsxanasının qarşısındakı çayxanada çalıb-oxuyar, həbsxanaya məlumat ötürülməsi məqamında xəbərdarlıq işarəsi kimi ucadan "Pəncərədən daş gəlir, ay bəri bax..." deyər, ardınca isə muğam üstündə qəzəl arası inqilabçıların məlumatını zil səslə, aydın eşidilən tərzdə ifa edərək, həbsxanadakı məhbuslara çatdırırdı.
    qerar.az
    1934-cü ildə Bakıda keçirilən dövlət tədbirinin bədii hissəsində o dövrün tanınmış incəsənət xadimləri, o cümlədən Cabbar Qaryağdıoğlu ilə yanaşı, Xan Şuşinski də çıxış edib. Konsertin sonunda Cabbarın ifasında "Heyratı" zərb muğamı elan edilib. Cabbar Qaryağdıoğlu xanəndələrə müraciət edərək onunla birgə ifa etmək istəyəni səhnəyə dəvət edib. Xanəndələr Cabbarla yarışmaqdan ehtiyatlanıb boyun qaçırsalar da, gənc xanəndə Xan Şuşinski tərəddüd etmədən ustad sənətkarın təklifini qəbul edib. Xan Şuşinski səsinin imkanlarına bələd olduğundan özünü itirmədən "Şikəsteyi fars" şöbəsini oxuyub, bir qədər də zil notlarda "Qazağı" şöbəsinə keçərək şaqraq zəngulələrlə gəzişmələr edib, muğamın başlanğıc pərdəsində ayaq verib. Salonu alqış sədaları bürüyüb. Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimovun təəccüblü və sual dolu nəzərlərlə ona baxdığını görüb, deyib ki, Qurban, dədəmin goru haqqı Xana qıymazdım, dedim, bir imtahan eləyim, görüm nə qayırır?... Sonra əlini mehribancasına Xanın kürəyinə vuraraq hamının eşidəcəyi səslə ucadan deyib: Əhsən sənə, gələcəyin xanəndəsi sənsən!
    qerar.az
    1934-cü ilin payızında Bakıda M. Y. Lermontovun 120 illik yubileyi qeyd olunub. Xan Şuşinski həmin yubileydə çıxış etmək üçün dəvət olunub. Tədbirdə hökumət rəhbərləri ilə yanaşı Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimləri də iştirak ediblər. Rusiyalı qonaqların könlü xoş olsun deyə tədbirdə Lermontovun şeirləri oxunub. Xan çıxış üçün adəti üzrə öz repertuarından bir şey ifa etməyə hazırlaşarkən, tədbirin təşkilatçılarından göstəriş gəlib: Xan Şuşinski muğam üstə mütləq Lermontovun şeirlərindən oxumalıdır ki, qonaqlar bizim muğam ifaçılarımızın da Lermontov şeirinin vurğunu olduqlarını görsünlər. Artıq çətin vəziyyətlərdən bir çıxış yolu tapmağa vərdiş etmiş təcrübəli xanəndə, Lermontovun şeirlərindən birini cəld kağız parçasına köçürüb, qavalın içərisinə pərçimləyib və muğam üstündə Lermontovun şeirini birtəhər ifa edib. Tədbirdən sonra M. C. Bağırov musiqiçilərə yaxınlaşıb razılığını bildirərkən "Xan, həmişəki kimi yaxşı oxudun, amma yaman qavalın içinə boylanırdın?.." deyə zarafatla dillənib.
    qerar.az
    1943-cü ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup musiqişünas - professor heyəti Bakıya gəlib. Məşhur müğənni Bülbül Xan Şuşinskini dəvət edib, onlar üçün "Mahur hindi" muğamını oxumağı xahiş edib. Qonaqlar Xanı ardıcıl olaraq bir neçə dəfə oxutdurub dinlədikdən sonra bu səsin gücünə heyran qaldıqlarını gizlətmədən icazə istəyib Xanın ağzına və boğazına diqqətlə baxıblar. Xan Bülbüldən soruşub ki, bunlar nə istəyir? Bülbül də deyib ki, Xan, bunlar elə bilirlər ki, sən boğazında nəsə səs gücləndirici bir vasitə gizlətmisən, inana bilmirlər ki, insanda bu qədər geniş diapazonlu, güclü səs ola bilər.

    ***

    1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının bağlanış konsertində Xan Şuşinskinin qadın həmkarları - Sara Qədimova və Şövkət Ələkbərova ilə birgə Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan xalq çalğı alətləri Orkestrinin müşayiəti ilə "Şikəstə" ifa etmələri nəzərdə tutulsa da, konsertin başlamasına az qalmış həmin ifa üçün ayrılmış vaxt məhdudlaşdırılıb. Səid Rüstəmov Xan Şuşinskini məsləhətə çağırıb və qadın müğənnilərdən birinin ixtisar edilməsini təklif edib. Xan Şuşinski zərif cinsin nümayəndələri olan tərəf müqabilləri arasında seçimdən imtina edərək, "Şikəstə"nin ritmini bir qədər tezləşdirib, arada bəzi çalğı hissələrinin ixtisar olunması hesabına ifaçıların üçünün də oxumasını təmin etməyi təklif edib. Səid Rüstəmov təkliflə razılaşıb və orkestrdən bütün notlar yığışdırılıb, tez bir zamanda partituralar yenidən işlənilib. Xan Şuşinskinin verdiyi uğurlu təklif sayəsində ifa çox möhtəşəm alınıb.
    qerar.az
    O zaman Böyük Teatrın səhnə arxasında dayanıb, Azərbaycan musiqiçilərinin çıxışını həyəcanla izləyən Vaqif Səmədoğlu həmin anları belə xatırlayır: - Muğamın tempi tezləşdirilmişdi, Sara Qədimova və Şövkət Ələkbərova hərəsi bir ağız "Şikəstə" ifa etdikdən sonra Xan səsini ucaltdı və 3-cü oktavada açıq "Mi" səsini götürəndə, mənimlə yanaşı dayanan, uzun illər Böyük Teatrın aparıcı solisti kimi fəaliyyət göstərmiş SSRİ xalq artisti İvan Semyonoviç Kozlovski səsin gücündən heyrətə gəlib, iki əli ilə başını tutdu və "Boje moy nu i qolos" deyə qışqıraraq səhnə arxasında var - gəl etməyə başladı. Sovet İttifaqının ən zil səsli tenorunun Xan Şuşinskinin səsinə bu cür heyrətamiz münasibət bildirməsi Vaqif Səmədoğlu ilə bərabər səhnə arxasından çıxışları həyəcanla izləyən nümayəndə heyətini qürurlandırıb.
    qerar.az
    Xan Şuşinski 1979-cu ilin 18 mart tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib, Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib.



    Oxunub: 142
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.