Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MEHDİYEV DÖVRÜNÜN İCRA BAŞÇILARI -  HƏLƏ DƏ VƏZİFƏDƏ OLANLAR VAR
RAMİZ MEHDİYEV - NANKORLUQ VƏ XƏYANƏT ANATOMİYASI -  Onun planında kimlər olub? /ŞOK ADLAR
SABİQ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİNİN DƏ HƏBSİ GÜNDƏMDƏ -  İspaniya mediasından ŞOK YAZI
Press-fakt.az
    
  • Abramoviç "Qalatasaray"ın ortaq sahibi ola bilər
    Abramoviç "Qalatasaray"ın ortaq sahibi ola bilər
  • 
  • Türkiyə və HƏMAS rəsmiləri Dohada bir araya gəldilər
    Türkiyə və HƏMAS rəsmiləri Dohada bir araya gəldilər
  • 
  • Belçika Ukraynaya F-16-ları nə vaxt göndərəcəyini açıqladı
    Belçika Ukraynaya F-16-ları nə vaxt göndərəcəyini açıqladı
  • 
  • Rusiya kəşfiyyat təyyarəsi Norveç səmasında -
    Rusiya kəşfiyyat təyyarəsi Norveç səmasında - F-35 qırıcıları havaya qaldırıldı
  • 
  • HANSI HALLARDA İNSANA KEÇƏ BİLƏR?-
    Dabaq xəstəliyi HANSI HALLARDA İNSANA KEÇƏ BİLƏR?- Çiy qida məhsullarının istehlakı...
  • 
  • Nizamnamə kapitalları milyonlarla manat olan iki şirkət ləğv olundu
    Nizamnamə kapitalları milyonlarla manat olan iki şirkət ləğv olundu
  • 
  • Putin-Tramp görüşünə hazırlıq dayandırılıb -
    Putin-Tramp görüşünə hazırlıq dayandırılıb - "NBC News"
  • 
  • Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana hansı marşrutla çatdırılacaq?
    Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana hansı marşrutla çatdırılacaq?
  • 
  • 70 Ç maddəsi ilə qovulan şəxs heç yerdə işləyə bilməz?-
    70 Ç maddəsi ilə qovulan şəxs heç yerdə işləyə bilməz?- AÇIQLAMA
  • 
  • Türkiyə ordusu daha iki il Livanda qalacaq
    Türkiyə ordusu daha iki il Livanda qalacaq
  • 
  • “Qarabağ”a 9:0 qalib gələcəyik deməmişəm” -
    “Qarabağ”a 9:0 qalib gələcəyik deməmişəm” - VİDEO
  • 
  • "O, ANADANGƏLMƏ RİYAKAR İDİ..."-
    "O, ANADANGƏLMƏ RİYAKAR İDİ..."- Sabiq Baş nazir Ramiz Mehdiyevlə bağlı danışdı /MÜSAHİBƏ
  • 
  • Bazarlar bağlanır, ət qəhətə çəkilir:
    Bazarlar bağlanır, ət qəhətə çəkilir: Toyuq bahalaşır? - RƏSMİ CAVAB
  • 
  • Azərbaycan nümayəndələri Ermənistana gedir
    Azərbaycan nümayəndələri Ermənistana gedir
  • 
  • Həccə getmək istəyənlərin nəzərinə! -
    Həccə getmək istəyənlərin nəzərinə! - Qiymət AÇIQLANDI
  • 
  • Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -
    Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Tam mətn
  • 
  • ABŞ-dən deport edilən miqrantların sayı - 
    ABŞ-dən deport edilən miqrantların sayı -  İlin sonuna qədər rekord qeydə alına bilər
  • 
  • Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır
    Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır
  • 
  • Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - 
    Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub -  FOTO
  • 
  • Ayətullah Xamenei ÖZÜNƏ NƏZARƏTİ TAM İTİRİB...-
    Ayətullah Xamenei ÖZÜNƏ NƏZARƏTİ TAM İTİRİB...- İranı kim idarə edir?.. /MOSSAD
  • 
  • Ermənistanda hərbi xidmətin müddəti azaldılır
    Ermənistanda hərbi xidmətin müddəti azaldılır
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ölkədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artıb
  • Azərbaycanda nikah və boşanmaların sayı artıb
  • Məhkəmələrə il ərzində daxil olan mülki işlərdən 60 %-ni nikahın pozulması təşkil edir
  • Evlənən və boşananların sayı açıqlandı
  • Ötən ilin 11 ayında Azərbaycanda 15 min 635 boşanma halı qeydə alınıb
  • Boşanmaq istəyən qadınlar niyə artıb? - ARAŞDIRMA

    • Tarix: 22-09-2023, 11:54

    Azərbaycanda nikahların pozulması ilə bağlı statistik rəqəmlər narahatedici səviyyədədir. Nikahın pozulması ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır. İnsanlar ailə qurarkən ömür boyu bir-birini sevəcəklərinə, dəstək olacaqlarına inansalar da, zaman keçdikdə bir çox səbəblərdən izdivaclar boşanma ilə nəticələnə bilər. Statistik göstəricilərə görə, son illər Azərbaycanda boşanan cütlüklərin sayı artıb. Sosial həyatdakı dəyişikliklər, boşanma nisbətlərinin artmasının mühüm səbəbidir.

    Globall.az bildirir ki,  AZƏRTAC ölkədə boşanmaların artması, uzunmüddətli və sağlam ailələrin təməlləri ilə bağlı araşdırma aparıb. Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil-mediator Rəşad Əliyev Azərbaycanda nikahların pozulması ilə bağlı statistik rəqəmlərin həqiqətən narahatedici həddə olduğunu vurğulayıb: "Vəkil və mediator olaraq icraatımda olan işlərdə ailə mübahisələrinin ən müxtəlif səbəbləri ilə rastlaşmaq mümkündür. Qeyd edim ki, nikahın pozulması ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır. Bəzən kişilərdə məişət zorakılığı, narkotik, alkoqol, qumar və digər zərərli vərdişlərin olması səbəbindən qadınların daha çox boşanma üçün müraciət etmələri müşahidə olunur. Boşanmaya səbəb kimi ən çox gətirilən məsələlərə qısqanclıq, maddi imkanla bağlı ailədə yaranan narazılıqlar, kənar təsirlər - qaynana, baldız və qohumların ailə məsələlərinə müdaxiləsi və digər nüansları qeyd etmək olar. Qısqanclıq zəminində yaranan konfliktlər, adətən, sosial şəbəkələr səbəbindən olur. Ancaq bəzən məsələlərin kökünü araşdırdıqda tərəflər arasındakı nikahın pozulması üçün çox da ciddi səbəblər olmadığını və qarşılıqlı müzakirənin anlaşılmazlıqları aradan qaldıra biləcəyini görürük. Hətta məlum olur ki, əslində tərəflərin heç biri boşanmaq istəmir. Sadəcə xırda bir məsələdən yaranan konflikt münasibətləri daha da pisləşməyə doğru aparır. Halbuki vaxtında həmin xırda problemi həll etməklə ailəni dağıtmamaq mümkündür".

    Tərəflərdən birinin münaqişə halında "boşanmaq istəyirəm" deməsi problemi dərinləşdirə bilər

    "Bəzən tərəflərdən birinin sadəcə münaqişə halında olduqları vaxtda "boşanmaq istəyirəm" deməsi belə problemi daha da dərinləşdirə bilir. Bu mənada, mediasiya institutunun ailə mübahisələrinin həllində rolu danılmazdır. Təbii ki, ad çəkmədən bunu misallarla çatdırmağa çalışacağam. İcraatımda olan işlərdə dəfələrlə olub ki, sırf nikahın pozulması iddiası ilə məhkəməyə müraciət etmək məqsədilə mediasiyaya gələn tərəflərlə birlikdə və ayrı-ayrılıqda söhbət zamanı əslində ciddi bir problem olmadığı ortaya çıxıb. Belə halda tərəflər özləri buna görə ailəni dağıtmamaq qənaətinə gələrək boşanmaqdan imtina ediblər. Boşanmalarda ən çox əziyyət çəkən tərəf uşaqlar olur. Çünki əksəriyyət boşanmalar zamanı hətta məhkəmə qaydasında ayrıldıqdan sonra da tərəflər bir-birinə qarşı aqressivliklərini davam etdirirlər. Məsələn, ana çalışır ki, uşaqları ataya göstərməsin, ata da qarşılığında alimenti ödəməkdən yayınmağa çalışır. Nəticədə uşaqlar həm valideynlə görüşmək hüququndan, həm də normal maddi vəziyyətdə yaşamaqdan məhrum olurlar. Bu da tərəflər arasında əlavə məhkəmə çəkişmələri ilə nəticələnir. Ona görə də, mediasiyada tərəflər arasında nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə edilməsə, mediator nikahın pozulmasından sonra yarana biləcək mübahisələri uşaqların mənafeyi nəzərə alınmaqla həll etməyə çalışır. Bu zaman tərəflər mediasiyada uşaqların digər valideynlə ünsiyyət hüququ, aylıq alimentin məbləği və ödənilmə qaydası, uşaqların zəruri hallarda digər valideynin razılığı olmadan ölkədən çıxarılması, həmçinin yaranması ehtimal edilən digər mübahisələrlə bağlı saziş imzalaya bilərlər. Belə saziş təqdim edildikdə məhkəmə yalnız nikahın pozulması ilə bağlı iddiaya baxır. Digər məsələlərlə bağlı isə tərəflər sazişin şərtlərini könüllü icra edirlər. Əgər tərəflərdən hər hansı biri sazişin şərtlərini yerinə yetirməkdən imtina edərsə, o halda digər tərəf sazişin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi barədə xüsusi icraat qaydasında iddia ilə məhkəməyə müraciət edə bilər",- deyə vəkil qeyd edib.

    "Xasiyyətimiz uyğun gəlmir" iddiası nikahın pozulması üçün əsas qəbul edilir

    Vəkil Azərbaycan qanunvericiliyinə görə, nikahın pozulması üçün hər hansı ciddi səbəbin olmasının zəruri olmadığını və tərəflərin birinin sadəcə "xasiyyətimiz uyğun gəlmir" iddiası ilə digər tərəflə nikahda qalmaq istəməməsinin nikahın pozulması üçün əsas qəbul edildiyini deyib: "Bu halda müraciət edən tərəfin, yaxud digər tərəfin haqlı olub-olmadığı əhəmiyyət kəsb etmir.

    Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Məcəllənin 19.2-ci maddəsinə əsasən isə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və digər) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

    Həmin məcəllənin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda isə nikah məhkəmə qaydasında pozulur. Bu zaman tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən isə məhkəmədə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

    Beləliklə, ən xırda səbəbdən yaranan konfliktin dərinləşməsinə görə məhkəmədə qaldırılan nikahın pozulması iddiası zamanı tərəflərin ən azı birinin boşanma ilə bağlı təkid etməsi mütləq qaydada nikahın pozulması ilə nəticələnir. Hesab edirəm ki, nikahın pozulması statistikasındakı artımın bir səbəbi də bununla bağlıdır".

    Sağlam ailə uşaqlarda sağlam mənəvi əxlaqı formalaşdıran ən vacib amildir

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri üzrə şöbə müdiri Gülnarə Məmmədova öncədən düzgün seçilməyən münasibətlərin təməlinin gələcəkdə daha tez sarsıldığını deyib: "Münasibətlərin qurulması ilə bağlı gənclərlə tez-tez müəyyən tövsiyələr verilir. Komitə olaraq onlarla görüşlər keçirdirik və evliliklər zamanı ortaya çıxan problemlərin həlli yolları, sağlam münasibətin qurulması üçün lazım olan davranış metodları haqqında məlumatlandırırıq. Hər iki tərəf evlənmədən öncə qarşı tərəfi mütləq tanımalıdır. Sadəcə, qısa bir tanışlıq əsasında qurulan ailələrdə boşanma halları daha çox baş verir. Bir-birlərinin sadəcə xarici görkəmini bəyənməklə evlilik bir müddət sonra adiləşir. Onların xarakterləri, dünyaya baxış tərzləri uyğun olmur. Hər iki tərəf dünyaya öz pəncərələrindən baxır. Əlbəttə, ölkəmizdə boşanmaların əksəriyyətində kənar qüvvələrin təsiri böyükdür. Valideynlər, qohumlar bəzən ər-arvaddan daha çox ailəyə müdaxilə edirlər. Bu səbəbdən düşünürəm ki, boşanmaq ərəfəsində olan ailələrin valideynlər ilə də maarifləndirici görüşlərin keçirilməsi daha yaxşı olardı. Bəzən valideynlər övladlarının 24-25 yaşında evlənməsini istəyirlər. Onları evliliyə zorakı olmasa da, psixoloji olaraq tələsdirirlər. Bu isə, əsasən, qızların daha tez evlənməsinin başlıca səbəbidir. Evlilik faktı reallaşmadan öncə hər iki tərəfin təhsilli və öz ayaqları üzərində durması vacibdir. Təhsil gənclərin dünyaya baxış tərzini, empatiya qabiliyyətini inkişaf etdirir".

    G.Məmmədova boşanmaq istəyən cütlüklərə nikahın pozulmasının yaradacağı fəsadlar barədə geniş məlumat verməyi məsləhət görüb: "Bəzən hər iki tərəfin valideynləri kiçik bir konfliktə övladlarına boşanmağı məsləhət görür. Bu düzgün addım deyil. Xüsusilə, uşaqları olan ailələrin dağılması daha böyük fəlakətlərlə nəticələnir. Çünki bu zaman konflikt sadəcə nikahın pozulması ilə bitmir. Uşaqların hansı valideyn ilə qalması, aliment məsələləri, yarana biləcək digər problemlər uşaqların psixologiyasına düzgün təsir etmir. Sivil boşanmalar zamanı tərəflərin bir-birlərinə qarşı nifrət bəsləməyi düzgün deyil. Evlənmək istəyən hər kəs ata-ana olmağın olduqca çətin proses olduğunu bilməlidir. Valideynin məsuliyyəti sevgidən, mərhəmətdən ibarət deyil. Nikah pozulan zaman ana çox zaman övladlarına bu məsələdə atanı günahlandırır. Atalar isə aliment məsuliyyətindən qaçırlar. Sağlam ailə uşaqlarda sağlam mənəvi əxlaqı formalaşdıran ilkin və ən vacib amildir. Ailə dəyərlərində nümunəvi uzunömürlü ailələr təbliğ edilməlidir".

    Xüsusilə, uşaqları olan ailələr boşanma qərar verməzdən öncə psixoloji yardım almalıdır

    Psixoloq Xalidə Qasımova boşanmaq istəyən və istəməyən tərəflərin hər ikisi üçün münasibətə son qoymağın travmatik və xaotik olduğunu deyib: "Boşanma prosesində hər iki tərəfin sahib olacağı xüsusi emosiyalar, münasibət və dinamikalar var. Məsələn, boşanmaq istəyən adamda qorxu, rahatlıq, yadlaşma, səbirsizlik, kin, şübhə, günah kimi hisslər yaşaması normaldır. Eyni şəkildə boşanmaq istəməyən həyat yoldaşı da şok, xəyanət, nəzarəti itirmə, özünü qurban kimi görmək, özünə inamını itirmək, güvənsizlik və qəzəb kimi bir çox duyğuları eyni anda yaşayır.

    İnsanlar çox zaman tək bir hadisə səbəbindən boşanmaq qərarı vermirlər. Hər münasibətdə boşanmaq səbəbləri fərqli olsa da, əslində bunun zamanla üst-üstə gələn proseslər bilməcəsi olduğu görülür. Boşanma qərarı verməyə sövq edən bütün psixoloji və emosional mərhələlərə toxunmaq istərdim. İlkin mərhələ "faktları görmək" adlanır və bəzən boşanma qərarından 1-2 il əvvəl baş verir. İnsanda məyusluq, kin, inamsızlıq kimi hallar yaranmağa başlayır. İkinci mərhələ "narazılığın ifadəsi" adlanır. Adətən, boşanma üçün ərizə verməkdən 8-12 ay əvvəl baş verir. İnsan qarşı tərəfə öz narazılığını və emosional çaşqınlığını bildirir. Bu dövrdə evlilik terapiyası alınması məsləhət görülür. Xüsusilə, uşaqları olan ailələrin boşanmaq üçün qərar verməzdən öncə psixoloji yardım alması vacibdir. Münasibətləri yaxşılaşdırmaq üçün tətilə çıxmaq da olar. Daha sonra "boşanmaya qərar vermək" mərhələsi gəlir və bu zaman tərəflər bir-biri arasında emosional məsafə yaradır. Boşanmaq istəməyən insan ilk mərhələdə inkar, depressiya, rəddedilmə, özünə inamını itirmə, qəzəb kimi duyğular yaşamağa başlayır. Hər iki tərəf qarşı tərəfin qurbanı olduğunu düşünür. "Boşanma iddiasının verilməsi" isə sonuncu mərhələdir. Həyat yoldaşları həm fiziki, həm də emosional olaraq ayrılırlar. Tərəflər münasibətdən kənar xarakterlərini yenidən formalaşdırmağa və özünü yenidən təyin etməyə çalışır. Hər iki şəxs böyük psixoloji travma alır və qorxu, günah, utanc kimi duyğular yaşayırlar".

    Psixoloq boşanmaların müxtəlif səbəblərdən baş verdiyini qeyd edib: "Həyat yoldaşlarının evlilikdə bir-birlərinin istəklərini qarşılamaqdan imtina etməsi, ahəngdar şəkildə həyata keçirilə bilməyən münasibətlər, sevgi və hörmətin azalması, mədəni fərqlər, fərdlərin maddi problemləri, sosial şəbəkə istifadəsi əsas səbəblər sayılır. Son dövrlər bütün dünyada olduğu kimi, Azərbaycanda da boşanmaların sayı sürətlə artır. İnsan münasibətlərindən başlayaraq modernləşmə, urbanizasiya və sənayeləşmə proseslərinin gətirdiyi dəyişikliklər, evlilik və ailə anlayışından tutmuş bütün cəmiyyətə əhəmiyyətli dərəcədə təsir edib. Səbəblər geniş şəkildə analiz edilməli, müxtəlif tədqiqatlar aparılmalıdır".

    Qeyd edək ki, bu ilin ilk altı ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 29 min 191 nikaha daxilolma və 12 min 610 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1-dən 4,9-a enib, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.


    Oxunub: 237
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      22-10-2025
      01:00 | Abramoviç "Qalatasaray"ın ortaq sahibi ola bilər
      00:50 | Avropa və Ukrayna 12 BƏNDLİK PLAN HAZIRLAYIR - “Sülh Şurası” nəzarət edəcək
      00:47 | Türkiyə və HƏMAS rəsmiləri Dohada bir araya gəldilər
      00:45 | Belçika Ukraynaya F-16-ları nə vaxt göndərəcəyini açıqladı
      00:43 | Rusiya kəşfiyyat təyyarəsi Norveç səmasında - F-35 qırıcıları havaya qaldırıldı
      00:40 | Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək
      00:30 | Dabaq xəstəliyi HANSI HALLARDA İNSANA KEÇƏ BİLƏR?- Çiy qida məhsullarının istehlakı...
      00:25 | Nizamnamə kapitalları milyonlarla manat olan iki şirkət ləğv olundu
      00:22 | Putin-Tramp görüşünə hazırlıq dayandırılıb - "NBC News"
      00:20 | 83 min nikahdankənar uşaq - Cəmiyyətin qınağı uşaq psixologiyasını necə yaralayır?
      00:15 | Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana hansı marşrutla çatdırılacaq?
      00:13 | Müharibə başlayandan bəri Avropa İttifaqı UKRAYNAYA 178 MİLYARD AVRO AYIRIB
      00:10 | 70 Ç maddəsi ilə qovulan şəxs heç yerdə işləyə bilməz?- AÇIQLAMA
      00:05 | Türkiyə ordusu daha iki il Livanda qalacaq
      00:03 | “Qarabağ”a 9:0 qalib gələcəyik deməmişəm” - VİDEO
      00:00 | "O, ANADANGƏLMƏ RİYAKAR İDİ..."- Sabiq Baş nazir Ramiz Mehdiyevlə bağlı danışdı /MÜSAHİBƏ
      21-10-2025
      21:50 | Bazarlar bağlanır, ət qəhətə çəkilir: Toyuq bahalaşır? - RƏSMİ CAVAB
      21:40 | Azərbaycan nümayəndələri Ermənistana gedir
      21:37 | Həccə getmək istəyənlərin nəzərinə! - Qiymət AÇIQLANDI
      20:05 | Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Tam mətn
      20:00 | ABŞ-dən deport edilən miqrantların sayı -  İlin sonuna qədər rekord qeydə alına bilər
      15:15 | MEHDİYEV DÖVRÜNÜN İCRA BAŞÇILARI -  HƏLƏ DƏ VƏZİFƏDƏ OLANLAR VAR
      15:10 | “NATO Kiyevin bir neçə günə yıxılacağına inanırdı, Zelenski isə...”-  Stoltenberq Qərbin Kiyevə xəyanətindən yazıb
      15:05 | Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır
      15:00 | Rusiyada kömür sənayesi çökür -  Şirkətlərin 13 faizi bağlanıb, daha 53 faizi isə...
      14:55 | Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub -  FOTO
      14:45 | Ayətullah Xamenei ÖZÜNƏ NƏZARƏTİ TAM İTİRİB...- İranı kim idarə edir?.. /MOSSAD
      14:30 | Ermənistanda hərbi xidmətin müddəti azaldılır
      14:25 | Azərbaycan Ermənistana tranzitlə bağlı bütün məhdudiyyətləri LƏĞV ETDİ
      14:20 | Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - FOTO
      14:15 | "Kreml Ukraynanın kapitulyasiyasından başqa heç nə qəbul etməyə hazır deyil"- ISW
      14:10 | BU QƏRAR MEHDİYEVİN İFŞASINDA XÜSUSİ ROL OYNAYIB...- Yeni detallar məlum oldu
      13:55 | Zəngəzur dəhlizi 2028-ci ilin sonunda açıla bilər -  Prezident
      13:10 | Görmə qabiliyyətini bərpa edən implant ixtira edildi
      13:05 | Prezidentlərə “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi - FOTO
      13:00 | RAMİZ MEHDİYEVİN KÜRƏKƏNİ DANIŞDI: "Faktları dəqiqləşdirin..." - VİDEO
      12:55 | Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək görüşü olub
      12:50 | Budapeştdə Tramp-Putin görüşü baş tutmaya bilər - Lavrov və Rubio nəyi razılaşdıra bilməyiblər?
      12:45 | “1 milyon avro yox, çoxlu qızıl-zinət əşyaları oğurlanıb..”- AMEA prezidenti danışdı
      12:40 | "Qarabağ" bu dəfə İspaniya nəhənginə qarşı -  Ağdam təmsilçisinin şansı nə qədərdir?
      12:30 | “SON DƏRƏCƏ QƏDDAR OLMAQ LAZIMDIR”- “Mehdiyev kimi qorxaq bir adam cəsarətə gələ bilibsə...”
      12:25 | Gürcüstan 9 ayda Azərbaycana 21 milyon dollarlıq mal-qara satıb
      01:00 | Aşıq Şəmşirin nəvəsini TONQALDA DİRİ-DİRİ YANDIRIBLAR -  MƏHKƏMƏ
      00:55 | "Azərbaycana qayıtmaq niyyətim yoxdur"-  Rəsul Quliyev
      00:50 | Bölgələrdə ətin qiyməti niyə ucuzlaşır? - SƏBƏB
      00:45 | "Qarabağ" futbolçularına İLLİK NEÇƏ MİLYON AYIRIR? -  Məbləğ AÇIQLANDI
      00:40 | Gəncədə üç tibb müəssisəsi ləğv edildi - İşçilərin aqibəti necə olacaq? RƏSMİ CAVAB
      00:35 | Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkət edən sürücü həbs olunub - FOTO
      00:30 | Deputat Səyyad Əliyev ölkədən qaçır? - Mənimsəmə faktları araşdırılır
      00:25 | Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi
      00:20 | Putin Mehdiyev və Sərkisyanla EYNİ MASA ƏTRAFINDA -  Niyə görüşmüşdülər? /FOTO
      00:15 | Bu halda pulunuzu bankdan təcili çıxarın - Açıqlama
      00:10 | "Bu layihənin məqsədi Azərbaycanın təzyiq altına alınmasıdır"-  Fərhad Məmmədov
      00:05 | Ermənistanda etirazlar - Gürcüstanla sərhədi bağladılar
      00:00 | Azərbaycan dünyada “tıxac liderləri”ndən biridir -  Beynəlxalq statistika açıqlandı
      20-10-2025
      20:15 | Ukrayna Azərbaycanla razılığa gəlib -  ZELENSKİ
      20:05 | “Putin bunun üçün daha 5 il döyüşməlidir”- “Ukrayna cəbhəsi yox, Rusiya iqtisadiyyatı çökəcək”
      20:00 | Heyvan bazarları bu tarixdən müvəqqəti bağlanır -  AQTA-dan AÇIQLAMA
      19:55 | Ramiz Mehdiyev NƏ QƏDƏR PENSİYA ALIR?- “Gözqamaşdıran MƏBLƏĞ”
      19:50 | "İsrail Qəzzaya 153 ton bomba atıb" -  Netanyahyu
      19:45 | İlham Haqverdiyev kimlərdən rüşvət almaqda ittiham olunur?- TƏFƏRRÜAT
      19:40 | ABŞ-də hərbi nümayişdə faciə - Vitse-prezident və müdafiə naziri ölümdən döndü
      19:37 | Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda - FOTOLAR
      16:05 | Rus ideoloq MEHDİYEVİN HƏBSİNDƏN YAZDI: “BOZ KARDİNALIN SÜQUTU...”
      16:00 | Xərçəng xəstələrini ÖLDÜRƏN metastaz DEYİLMİŞ - “Nature Medicine” /Araşdırma
      15:45 | AZAL Sankt-Peterburqa təcili eniş edən təyyarə barədə məlumat yaydı
      15:00 | Rusiyada azərbaycanlı İŞ ADAMI SAXTA İTTİHAMLA HƏBS OLUNUB - Prokuror Karapetyanın QİSASI /FOTOLAR
      14:45 | Bu müəllimlərə maaşdan əlavə pul veriləcək -  ADLAR
      14:40 | "Prokurorluqdan BİZƏ BELƏ BİR MƏLUMAT VERİLMƏYİB”- Eldar Mahmudovun vəkili
      14:30 | Trampdan etirazlara ironik cavab: Kral deyiləm, amma çox iş görürəm
      14:25 | Ərdoğan Küveyt, Qətər və Omana səfər edəcək
      14:21 | İran uran ehtiyatlarını bu obyektlərdə saxlayır - Qrossi
      14:20 | HƏMAS tərksilah edilməlidir: ABŞ-ın yeni Yaxın Şərq planı
      14:15 | Yeni şəxsiyyət vəsiqələri artıq verilir: forması belədir - FOTO
      14:00 | Sabahın havası: Leysan və sulu qar yağacaq
      13:55 | Mehdiyevin bir nömrəli adamı iddialara cavab verdi: "...Mənə görə narahat olmayın”
      13:45 | "İsrailə qarşı sanksiyalar nəzərdən keçirilə bilər"- "Bu məsələ masanın üzərindədir”- Kallas
      13:35 | Prezident onları təltif etdi -  ADLAR
      13:30 | İRAN REJİMİNİN “ƏXLAQ ÇÖKÜŞÜ”- Şəmxaninin qızının toyu gündəm oldu /VİDEO
      13:15 | “Biz müharibənin mümkün sonuna yaxınlaşmışıq" -  Zelenski
      13:00 | Keçmiş nazir Mehdiyevin "komandası" haqqında danışdı -  "Xarici qüvvələr istifadə edə bilər..."
      12:45 | Trampa qarşı növbəti sui-qəsd cəhdi -  Snayper qülləsi aşkar edildi
      12:30 | Mehdiyevin kürəkəni “obyektlərindən” pulları ÖZÜ TOPLAYIR -  Fotosu YAYILDI
      12:20 | TRAMP ZELENSKİ İLƏ GÖRÜŞDƏ ÖZÜNDƏN ÇIXIB...- "Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib"
      12:15 | Ötən ay xaricdə təhsil almış 108 nəfərin DİPLOMU TANINMAYIB
      12:10 | Generaldan sonra polkovnik də azadlığa çıxdı -  Ağır cinayətlərdə təqsirli bilinmişdi /FOTO
      12:05 | "Atletik" səfərində "Qarabağ"-ın bu oyunçusu olmayacaq
      12:00 | İsrail yenə atəşkəsi pozdu: Qəzzanı bombaladı –  Ölənlər arasında uşaqlar da var
      00:15 | "Federasiyaya geri dönüş qəbul edilə bilməz"- "SKTR Türkiyəyə birləşməyə qərar verməlidir"
      00:10 | “Zelenskiyə görə ölkəmi təhlükəyə ata bilmərəm”- Tramp
      00:05 | Xaçmaz sakini güllələnib - şübhəli şəxs polisə təslim olub
      00:02 | "ŞKTR-in suverenlik hüququnu müdafiəyə davam edəcəyik"-  Ərdoğan Erhürmanı təbrik edib
      00:00 | "SÜBUT EDƏ BİLSƏLƏR, HƏBS ETSİNLƏR..."- Məmmədyarov meydan oxuyur?
      19-10-2025
      22:45 | Şimali Kiprdə seçki: Yeni Prezident Tufan Erhürman oldu /VİDEO/Yenilənib
      22:40 | “Sputnik Azərbaycan”ın icraçı direktoru sərbəst buraxılıb və Rusiyaya yola salınıb
      20:30 | Xameneinin müşavirinin qızının dəbdəbəli toyu İranda yenidən GÜNDƏM OLDU - VİDEO
      20:15 | “Sədərək Yusif”, Ramiz Mehdiyev və Əli Həsənov arasında milyonluq “kassa” əlaqəsi - Eynulla Fətullayev yazır
      20:10 | "Hazırda böyük bir kluba keçmək fikrim yoxdur"- Qurban Qurbanov "Haber Global"a danışıb /VİDEO
      20:05 | TÜRKİYƏDƏ BÖYÜK ƏMƏLİYYAT - 32 əyalətdə 62 nəfər saxlanıldı
      20:00 | Tbilisidəki etiraz aksiyaları ilə əlaqədar 14 nəfər saxlanılıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.